Cəmiyyət

Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər

14 Aprel 2019 19:16
1 Şərh     Baxış: 1 771

Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri də qan dövranı sistemi xəstəlikləridir.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qan dövranı sistemi xəstəliklərinə görə, ölkəmizdəki ümumi məlumat açıqlanıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, qan dövranı sistemi xəstəliklərindən ölənlər ümumi ölənlərin 59 faizi təşkil edir ki, onların da 3-4 faizi uşaqların payına düşür.

"Ümumilikdə qeyd edə bilərik ki, bütün illər üzrə bu xəstəlikdən dünyasını dəyişənlər 58-59 faiz olub" - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, hələlik nazirlik 2018-ci ildə qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişənlərlə bağlı rəqəmləri açıqlamayıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    BiSavad · 14 Aprel 20:3000

    Bu ölümün mənbəyi hədsiz toksinli (gübrəli), qatışıqlı ərzaqlar, kompüter-telefon, televizor aludəliyi, kökləri isə yerli natural və zəngin mal və quş yemlərinin naməlum və hədsiz müxtəlif ixraclarla əvəz edilməsindəndir. 10%i isə ailə və digər cəmiyyətlərdə gündəlik boşluq və laqeydlikdən əsassız sinirləndirmələrdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.