Cəmiyyət

Günün qoroskopu:ənənəvi, öyrəşdiyiniz proseslərdə dəyişikliklər olacaq

8 May 2019 00:01
41 Şərh     Baxış: 10 163

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - hadisələrin axarından kənar qalmağa can atmayın. Qəfil tanışlıq ola bilər. Yeni müttəfiq və ya tərəfdaş qazanmaq şansını əldən verməyin. Xidmət, faydalı məlumat mübadiləsi olmalıdır.

Günün ikinci yarısında gözləntilərinizdə absolyut həddə çatmayın. İşlədiyiniz insanı ideallaşdırmayın, ona xas olmayan məziyyətləri gördüyünüzü düşünməyin.

Axşam saatlarında bir qədər tək qalın. Yeni xəbər sizi düşündürəcək.

Buğa - tərəfdaşlarınız və şərikləriniz bu gün sizdən fəallıq tələb edəcəklər. Onların arasında ruhdan düşənlər, şübhəlilər, sürəkli tənqidə üstünlük verənlər var. Həmin şəxslərlə nikbin danışın, əməkdaşlığı intensivləşdirin.

Ötənlərin təcrübəsindən yararlanın.

Günün yarısında sizə mühüm məsələdən xəbər vermək istəyən insanı diqqətlə dinləyin. Heç bir motivi olmayan aqressiya meylləri ilə üzləşsəniz, ünsiyyəti minimuma endirin. Sənədləşdirmə, müzakirələr, məsləhətləşmələr, təqdimat, yeni sifarişçi və ya müştəri axtarışları üçün əlverişli zaman deyil.

Ziddiyyətləri aradan qaldırmağa can atın.

Əkizlər - gərgin, çətin gündür. Yaradıcılıq istəyi, emosiyalar bol olacaq. Uğursuzluqlarla yanaşı, uğurlar da istisna deyil. Əhvalınız yaxşı olsun. Dürüst istiqaməti seçin. Ətrafınızdakı olaylardan baş çıxarın. Az sonra yaşanacaq hadisələrlə bağlı aldığınız ilkin məlumatlardan yararlanın.

Günün ikinci yarısında heç nədə ifrata varmayın. Qətiyyətli və iradəli olun. Məlumat axtarışı, informasiya arayışı, qeyri-standart həllər tələb edən işlə məşğul olmaq zərurəti yaranacaq. Səfərlərlə qəfil hadisələr istisna deyil. Ünsiyyətdə səmimi olun. Maraqlandığınız olayın təfərrüatlarını öyrənin.

Xərçəng - potensialınızla ehtiyatlarınızı, habelə imkanlarınızı real dəyərləndirin. Neqativin artma təmayülü var. Narazılıq, maaş azlığından şikayət, diqqətsizlikdən zinhara gəlmək istisna deyil. Sizi təlaşa salan məqamları açıq müzakirə etməkdən çəkinməyin.

Günün ikinci yarısında tənqidə ifrat meylli insanlarla uzun-uzadı söhbətlərə başlamayın. Belə ünsiyyət sizi sinirləndirəcək, əhvalınızı korlayacaq və ən əsası konstruktiv olmayacaq.

Start bank əməliyyatlarına başlamaq məsləhət deyil. Maliyyə məsələlərində tələsik qərarlar verməyin.

Şir - kommersiya məsələləri və kollektiv tədbirlərdə mövqelərinizi müdafiə edin. Gəlir əldə etmək üçün istənilən imkandan istifadə edin. Perspektivə hesablanmış yeni fəaliyyət variantlarını hesablamaq olar. Təşəbbüskar olun. Toplantılara və diskussiyalara qatılın.

Günün ikinci yarısında daxili prosesə konstruktiv məcra verin. Hadisələrin arzuolunan istiqamətini seçməyə çalışmayın. İrəliləyiş üçün güzəştlərə hazır olmalısınız.

Problemləri vaxtında həll edin.

Qız - günün ilk yarısında o qədər də xoş olmayan xəbərlər ala bilərsiniz. Lakin həqiqəti bilin, faktlara laqeyd yanaşmayın. Sənədləşdirmədə və hesablamalarda diqqətli olun. Səhvlərə, kobud yanlışlıqlara yol verməməyə çalışın.

Günün ikinci yarısı yeni bilik və bacarıqların əldə olunması, gərəkli məlumatların aranması üçün əlverişli zamandır. Ünsiyyətdə sayıq olun, yazışmalarda ləngimələrə yol verməyin.

Əhvalınıza və fəaliyyətinizə pis təsir edən təmaslarla ünsiyyəti azaldın.

Axşam saatlarında səhhətinizə fikir verin.

Tərəzi - ağır, rutin, çətin işlərə hazırlaşın. Fəaliyyətinizdə qətiyyətli və əzmkar olun, sonadək gedin. Yolunuzdan sapmayın. Ünsiyyətdə məsələlərin maddi tərəfinin nəzərdən keçirilməsi asan olmayacaq.

Xərclərinizə diqqət yetirin.

Günün ikinci yarısında kiçik problemlərin həllinə baş qataraq əsas müşkülü unutmayın. Alış-verişdə bədxərclik etməyin. Bankdan kredit götürməyin. Riskli təklifləri sayıqlıqla dəyərləndirin.

Axşam saatlarında gəzintiyə çıxın.

Əqrəb - problemlərin əksəriyyətinin kökündə qeyri-obyektivlik durur. Yaşananları ürəyinizə salmayın. Bununla belə, proseslərə real dəyər verin. Hissiyatın artması və emosional davranış fəaliyyətinizdə ləngimələr, fasilələr yarada bilər. Məhsuldar əməkdaşlıq varsa, onun qədrini bilin.

Günün ikinci yarısında əsəbləşməyin, yaxın ətrafınızdakı insanları sərt tənqid etməyin. Genişmiqyaslı, riskli, uzunmüddətli layihəyə başlamayın. Önəmli müzakirəni və ya təhlili ertələyin.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - tələskənliyə yol verməyin. Müstəqil fəaliyyət, ünsiyyət çevrəsinin bir qədər məhdudlaşdırılması üçün münasib zamandır. Mənfi nəticə də bir sonucdur. Tələsik və hövlnak addımlar atmayın. Spontan tədbirlər istənilən nəticə verməyəcək.

Günün ikinci yarısında əvvəlcədən hazırlanmış ssenari üzrə hərəkət edin. Pis əhvalın təsirinə düşərək səhvlərə yol verməyin. İnformasiyaların hamısını müzakirə etməyə can atmayın. Mənasız ideyalara, absurd illüziyalara qatılmayın.

Anonim məlumatın alınması istisna deyil.

Oğlaq - mühüm nüansların çözülməsini başqa şəxslərə etibar etməyin. Yaxın ətrafınızdakı insanlara kor-koranə şəkildə inanmayın. Onların arasında hətta ən yaxşı məramla sizə yanlış məsləhətlər verənlər ola bilər. Nə isə aydın deyilsə, qətiyyətli olun. Problemi sonadək araşdırın.

Günün ikinci yarısında kobud səhvlərə yol verməməyə çalışın. Fəaliyyətinizdə kompüter avadanlığı və texniki vasitələrdə məntiqli şəkildə istifadə edin. Spontan qərarlar üçün əlverişli zaman deyil.

Axşam saatlarına yaxın alış-veriş etmək, önəmli qərar qəbul etmək olar.

Dolça - ənənəvi, öyrəşdiyiniz proseslərdə dəyişikliklər olacaq. Adət etdiyiniz məcranı dayandırmayın. Süni təzyiqlərə əl atmayın. Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları aktivləşdirin. Dövlət qurumlarına müraciət etmək üçün münasib zamandır.

Günün ikinci yarısında problemlərin sayının artmasını məğlubiyyətə aparan yol saymayın. İrəliləmək imkanlarınız var. Şəxsi münasibətlərdə qəti qərar verməyə tələsməyin. Dediyiniz sözləri fikirləşin.

Axşam saatlarında fərdi enerjinizə qənaət edin. Mental durumunuzu dəyərləndirin.

Balıqlar - günün ilk yarısında maraqlı xəbərlər eşidəcəksiniz. Xərclər artacaq. Yeniliklərə çox aludə olmayın.

Güclü emosiyaların təsiri altında qərarlarınızı dəyişməyin. Məşğul olduğunuz işi yarımçıq qoymayın. Laqeyd və soyuqqanlı insan təsiri bağışlamayın. Yaxın ətrafınızdakı insanlara qarşı çox iradlar irəli sürməyin. Ümumi fəaliyyətin konturlarını tənzimləyin. Təcili həllini tələb edən məsələləri unutmayın.

Günün ikinci yarısında eksperimentlərə aludə olmayın. Alış-verişdə çox pul xərcləməyin. Borc almayın, kredit götürməyin.

Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.
 

Milli.Az 

loading...

Şərh yaz:

41 Şərh:

  • Anonim
    Zəhra · 8 May 03:2023

    Kim yatmış , kim oyaq. ? Deyəsən bir tək cırtdan oyaqdır. Bir də $$$. Sabahınız xeyir!

    Cavab yaz
    • Anonim
      Nurlana · 8 May 09:4420

      Sabahin xeyir,mende oyaq idim amma yazmadim:) imsaka duranda

      Cavab yaz
      • Anonim
        Zəhra · 8 May 12:4910

        Niyə yazmadın Nuruşum? Qızlar gəlin imsaka duranda yazaq bura. Həəə))). Nə deyirsiz.

        Cavab yaz
        • Anonim
          Nurlana · 8 May 13:0310

          Yuxuluydum ona gore:)) yiyen kimi gedib yatdim:). Men razi.

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 May 08:1041

    Sabahiniz xeyir olsun gününüzz uqurlu olsun

    Cavab yaz
    • Anonim
      Nurlana · 8 May 09:4310

      Seninde sabahin xeyir olsun canim,bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 8 May 09:5211

        Cox saq ol var ol canim Nurlanam.

        Cavab yaz
        • Anonim
          Nurlana · 8 May 09:5610

          Sende sag ol,var ol urek

          Cavab yaz
  • Anonim
    Esmer · 8 May 09:0980

    Her kesin sabahı xeyirli günü uğurlu olsun .Amin ..

    Cavab yaz
    • Anonim
      Nurlana · 8 May 09:4210

      Can seninle bahem. Amin

      Cavab yaz
      • Anonim
        Esmer · 8 May 10:0110

        Can cox sag ol .canım Nurkam .Necesen ? Hercainin frağmanına baxdın ?

        Cavab yaz
        • Anonim
          Nurlana · 8 May 10:1100

          Yaxciyam cox sagol ureyim, sen necesen? Ushaqlar necedir? He baxdim,demek olarki her deyqe baxiram:)

          Cavab yaz
          • Anonim
            Esmer · 8 May 10:2900

            Sag ol canım uşaqlarda yaxşdı .can məndə senin kimiyem )))

            Cavab yaz
            • Anonim
              Nurlana · 8 May 10:5200

              Sen daha cox kime gore baxirsan ona?:)

            • Anonim
              Esmer · 8 May 11:0300

              Miran))))

            • Anonim
              Nurlana · 8 May 11:1400

              Mende Miran:))))

  • Anonim
    Tovuzlu Tutu · 8 May 10:0400

    Esmer Nurlana Zehra Esra Ebru ❤lərimin hali necədi?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 8 May 10:0901

      Tovuzlu Tutu canim menimmmm,men yaxsiyam cox saq ol sen necesen kef ehvalin necedi ?

      Cavab yaz
    • Anonim
      Nurlana · 8 May 10:1220

      Salam sabahin xeyir Tutu can men yaxci,sen necesen?

      Cavab yaz
    • Anonim
      Esmer · 8 May 10:3020

      Can gözel Tutum yaxşıyam sen necesen .

      Cavab yaz
    • Anonim
      Zəhra · 8 May 12:4800

      Çox sağol Tutucan. Yaxşıyam. Sən yaxşı ol ❤️İm

      Cavab yaz
  • Anonim
    Nurlana · 8 May 11:1912

    Esmer can bizim ki meni ona qisqanir,ne vaxt deyirem Mirana baxiram oglan deli olur:)). Mende biraz da deli elemek ucun onu,her defe zeng eleyende,sms yazanda mene deyir neynirsen deyirem Mirana baxiram:)))))

    Cavab yaz
    • Anonim
      Esmer · 8 May 11:2801

      Caaannn Nurkam .daha da qısqandır)))) bi defe menim bir padruqam var .birden soz duşdu kimin nece oğlanan xoşu gəlir .here bir soz dedi bu qız dedı men cox sevirem .Sarışın oğlanları .inanırsan yoldaşı belke 1 ay dindirmedi ki qızı sen niye ele dedin )))) indi de siz küsün bir birnizden))))

      Cavab yaz
      • Anonim
        Nurlana · 8 May 11:4001

        :)))) buda eledide:)) Miran adi gelen kimi qash qabag:)) gulmeli nese bir soz danishanda,gorurem gulur,ehvali yaxshidir o saat Mende bashlayiram Miran bele geldi,bele getdi:)))) oglanin uzu conur:))menede xoshdur onu deli elemek,bir sozle qizlarin peshesidir oglanlari deli elemek:)))

        Cavab yaz
        • Anonim
          Esmer · 8 May 11:5000

          ))))))ele yaxşdı da ))))

          Cavab yaz
          • Anonim
            Nurlana · 8 May 11:5600

            He:))))))

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 8 May 12:0530

              Qizlar menim mamam danisir ki, bir defe televizoru cevirdim Memmedbaqir oxuyurdu bir sevincek dedim A aaa Memmedbaqirrrr deyir ele soz aqzimda qaldi papon deyir divandan geldi hirsle televizorun pryamoy tokun razetkadan cixartdi tulladi Men usaq olmusam mamam hemise danisir.Nenemde hemise bele deyir eee men Caneliden otru ölürdüm xanende Caneli Ekberovu deyir Babon bir hisrslenirdi O oxuyanda televizoru sondururmus )))))Yene nenem yadima dusduuu offfff)))0 birce tetil olsaydiii

  • Anonim
    $$$. · 8 May 11:3450

    Allahın salamı olsun hər kəsə ! Hərvaxtınız xeyir hörmətli şərhcilər ! Bəli Zəhra xanım o vaxtı mən oyaq idim , ailəlikcə. Bir balacalarımız oruc deyil. Ailə uzvlərimizin 8 nəfəri hər gun birlikdə oyanıb orucumuzu tuturuq . Butun oruc tutanların oruc , namazı qəbul olsun ! Amin !

    Cavab yaz
    • Anonim
      Nurlana · 8 May 11:4110

      Allahin salami olsun size $$$ xanim,cox sagol bahem. Amin!

      Cavab yaz
    • Anonim
      Esmer · 8 May 11:5020

      Allah her birinizin Orucunu qebul etsin Amin

      Cavab yaz
  • Anonim
    $$$. · 8 May 11:4112

    İmsaka oyandıqdan sonra yuxum qacır . Dərslərimi təkrarladım. Yazılarımı yazdım . Bu gun praktika muəllimimizin dişi aqrıyırdı deyə , bizi evə buraxdı. Zəhra xanım , gəlmişəm indi evə yuxum gəlir , gedim bir az dincəlim , yenə yazaram gözəl qız !

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 8 May 11:5400

    Hər biriniz çooox sağ olun . Sevimli bacılarım siz❤siz

    Cavab yaz
  • Anonim
    Şemkirli · 8 May 12:3600

    Salam doslar her vaxtiviz xeir necesiz

    Cavab yaz
    • Anonim
      Zəhra · 8 May 12:4700

      Hər vaxtın xeyir olsun Şəmkirli qardaş ! Çox sağol bizdə yaxşılıqdır. Siz necəsiz? İşriniz necədi? Oralarda da havalar isinibmi? ☺️

      Cavab yaz
      • Anonim
        Şemkirli · 8 May 12:5700

        Cox sagolun yaxsidi her sey Zehra xanim islerdi da,he burda havalar bu gun yagis yagir baslayib indi,buranin havasi dag havasi kimidi deyiskendi her gun 3 cur deisir amma yayda cox gozeldi orda olur adam isdiden burda gözeldi

        Cavab yaz
        • Anonim
          Zəhra · 8 May 14:2700

          Biz ölürük istidən. Orucluq ayında da bir yandan susuzluq , bir yandan isti adam birtəhər olur)))))). Amma yenədə belə yaxşıdır. Soyuğu heççç sevmirəm. Bilirsiz niyə sevmirəm. 1 ton palto geyinirsən ona görə xoşum gəlmir)))). Yaxşı olmağınıza sevindim qardaşım)))). Bu aralar mənim də başım qarışıqdı elmi işlərə. ))). Bugün göstərdiyim uğura görə sevinirəm. ))) Çoxdandır əziyyət çəkirdim. Sonunda qalib gəldim. Bəs siz? Sizin buralara gəlmək fikriniz var? Vətəndən uzaqdasız((. Darıxarsız yəqin

          Cavab yaz
  • Anonim
    Şemkirli · 8 May 12:3800

    Esmer xanim Salam necesiz,,Zehra xanim bu gun birincidi heyata birincilerden olasiz cenublu balasi necesiz dostlar ??

    Cavab yaz
    • Anonim
      Esmer · 8 May 12:5300

      Salam Şemkirli balası men yaxşıyam Şükür Siz necesiz ?işleriniz necedi ?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 8 May 13:0700

        Daglar qizi cox sagolun her sey yaxsidi sizi buralarda akdiv gorende dahada yaxsi oldum,Burada real bir birin taniyan insan varmi bura yazanlardan hami bir birinden usaqlari zadi sorsur ??

        Cavab yaz
        • Anonim
          Esmer · 8 May 14:3100

          Teki her zaman yaxşı olun Şemkrli balası . Yox hec kim Realda bir birini tanmır .))sadece .xeyli vaxtdı yazışırıq deye .artıq .Müelimatımız var bir birbmizden))))

          Cavab yaz
    • Anonim
      Zəhra · 8 May 14:2900

      Cannn Çox sağol Şəmkirli qardaşım. Həə bugün nədənsə birinci oldum. İmsak vaxtı yazmışam. Elə bildim Esra yazıb 12 də. Mənə də surpriz oldu)). Sizə yazmışam biraz yuxarıda Şəmkirli. Aaa birdə siz niyə adınızı demirsiz?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.