Cəmiyyət

Günün qoroskopu:Tələsməyin, səliqəli və düşüncəli olun

5 May 2019 00:01
30 Şərh     Baxış: 7 357

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə - nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir.

Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür.

Buğa - Başqalarının bacara bilmədikləri işlərin öhdəsindən siz daha asanlıqla gəlirsiniz. Öz gücünüzə inanırsınız, bunun da səbəbi var: uğurun yolunu tapmısınız və inamla məqsədinizə doğru irəliləyirsiniz. Çətin ki, kimsə qarşınıza çıxmaq istəsin: aydındır ki, istənilən adamı asanlıqla kənara itələyə bilərsiniz. Yetər ki, buna istəyiniz olsun. Çoxdankı bir düşməninizi əzə bilərsiniz.

Ziyafətlərə getmək, yeni tanışlar tapmaq, sizin üçün maraqlı adamlarla ünsiyyət məsləhətlidir. Bu gün başlanan eşq macərası sizə xeyli xoş emosiya bəxş edəcək. Aşiq Buğalar sevdiklərindən xoş sürpriz ala bilərlər.

Əkizlər - Hər şey öz yolunda gedir. Bu, sizi qane edir. Rəhbərliklə müəyyən fikir ayrılıqları mümkündür, ancaq günortaya doğru hamı sizin fikirlərinizin daha doğru olduğunu qəbul edəcək. Alış-veriş, biznesə yatırımlar, uzunmüddətli investisiyalar üçün uğurlu gündür: pulları "işləməyə" məcbur etmək sizdə yaxşı alınır.

Yaxınlarınızla hər zaman ümumi dil tapa bilmirsiniz. Amma ciddi münaqişələr də yaranmır. Sadəcə olaraq, müəyyən məqamlarda hər kəs öz fikrində qalır.

Xərçəng - Sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.

Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.

Şir - Bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik, müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox Şirlər başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqlar.

Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.

Qız - Mürəkkəb və yorucu gündür. Bütün problemlərin öhdəsindən müstəqil surətdə gələcəyinizə əmin olmayın. O qədər də xoşlamadığınız insanlara kömək üçün müraciət edəsi olacaqsınız. Bundan başqa, gizli saxladığınız bir məlumat da yayıla bilər.

Əzizlərinizlə ciddi fikir ayrılığı mümkündür. Ən xırda məsələlər barədə də razılığa gəlmək çətindir. Tez, ya da gec bütün problemlərin həllini tapa biləcəksiniz. Amma buna qədər xeyli həyəcan keçirməli olacaqsınız.

Tərəzi - Öz hərəkətlərinizi və onların nəticələrini analiz etmək, ümumi nəticələr çıxarmaq, eyni zamanda gələcək üçün plan qurmaq vaxtıdır. Bu gün ətrafınızdakıların sizə verdikləri vədlərə inanmayın. Öz sözlərinizdə də diqqətli olun.

Yeni tanışlıqlarda ehtiyatlılıq göstərməyiniz vacibdir: bu gün məhz sizə lazım olmayan insanlar sizinlə tanış olmağa can atacaqlar. Sevgililər savaşa bilərlər. Bir çox Tərəzilər bu gün xüsusilə qısqancdırlar, hər şeyə şübhə ilə yanaşırlar. Axşama doğru emosional fon sabitləşir, şərait yaxşılaşır.

Əqrəb - Çox mürəkkəb gündür. Gərəksiz və xoşagəlməz işlər vaxtınızı alsa da, onlardan yaxa qurtarmaq çətin olacaq. Dişinizi qıcayaraq dözüm və inad nümayiş etdirməyə, ətrafdakıların sizdən gözlədikləri nəticələri göstərməyə qadirsiniz. Amma bu, əhvalınızı qaldırmayacaq.

Şəraiti dəyişmək, özünüzü nə iləsə sevindirmək pis olmazdı. Çox işləməyin, gərginlik orqanizminiz üçün təhlükəli ola bilər. Yaxınlarınız sizi dəstəkləməyə çalışacaqlar. Lakin onların hər cəhdi lazımi nəticəni verməyə bilər.

Oxatan - Çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər.

Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.

Oğlaq - Əgər gün ərzində işgüzar və enerjili olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Amma bir an da olsun, tənbəlləşmək olmaz. Yoxsa zəhmətinizin bəhrəsini bir başqası dadar. Gün maraqlı söhbətlər, vacib bir məlumatın alınması ilə əlamətdar olacaq.

Bir çox Oğlaqlar sevgililərilə münasibətlərinə yenidən baxacaqlar. Ümumi götürəndə hadisələrin inkişafı sizin planlarınıza uyğundur. Hansısa böyük bir qüvvənin təzyiqinə məruz qalmırsınız.

Dolça - Tələsməyin, səliqəli və düşüncəli olun. İşlərinizi qaydaya sala, yığılıb qalan problemlərinizi həll edə, bədxahlarınızla mübarizədən qalib çıxa bilərsiniz. Özünüzə qarşı tələbkar, ətrafınızdakılara qarşı mərhəmətli olun: bu, hətta düşmənlərinizlə də əla münasibət qurmağınıza imkan yaradacaq.

Yaxınlarınızla mürəkkəb və vacib məsələləri müzakirə etməyə çalışmayın: ümumi fikrə gəlmək asan olmayacaq, əvəzində mübahisə edəcəksiniz. Tənqidi rəyləri ürəyinizə salırsınız.

Balıqlar - Xoş və məhsuldar gündür. Həyatınızı yaxşıya doğru dəyişə bilərsiniz. Bir qədər səy göstərin, ağılınızı işlədin - o zaman hadisələrin gedişi sizin üçün uğurlu olacaq. Yaradıcı və tədqiqat işləri, müxtəlif eksperimentlər üçün uğurlu gündür.

Son vaxtlar sizi narahat edən suallara cavab tapırsınız və bunlar ürəyinizcə olur. Bir çox Balıqların yeni istedad və bacarıqları üzə çıxır. Eşqə düşə, özünüzə yeni dost tapa bilərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

30 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 May 00:0242

    Bazar gününüz uqurlu olsun !

    Cavab yaz
    • Anonim
      Esmer · 5 May 10:1812

      Səninlə bahəm Esracan ...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 May 11:0012

        Cann Esmərim cox saq ol var ol.

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 May 00:0446

    Status-Sevgi bu qederrrr gözəldisə Gör sevgini Yaradan necəəəə gözeldiii Yaradanin gözelliyine Cah-celalina qurban olaram Sevgini elə sevgiden sevə sevə Yaradib !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 May 00:0849

    Status-Sebebsiz gedənlərə üzülmə Onlar sebeb tapa bilenlerdi.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 May 00:1049

    Status-Kin saxlamak insanlarin isidi Bəzileri kini silir, bəzileri kin saxladiqi insani silir.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 5 May 00:1248

    Status- dedi : Noqte qeder kiçiksen Dedim : Ne olsun bütün cumleleri Mən bitirirem ..

    Cavab yaz
    • Anonim
      Esmer · 5 May 10:1812

      Likeeee..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 5 May 11:0012

        Can Esmərimmm

        Cavab yaz
  • Anonim
    Esra İbrahibli(şamaxi) -ya · 5 May 10:0525

    Salam Esra xanim necesiz insAllah ?Esra xanim bagisla narahat etdiyime gore .Siz aktiv serhcisiz ona gore narahat etdim. Sizden bir soz sorusum men ne vaxti "Milli az" sayitina baxmiram ona gore sizden sorusuram burda bir serhci var idi Aydlndl adli serhci onun serhlerini gormursuz gorsez menede deyersiz birden men olmasam menden ona coxlu salam deyersiz 290 ball deyin bilecek cox xahis edirem sizden Esra xanim

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 5 May 11:0033

      Salam cox saq olun yaxsiyam Hec bir nerahatciliğ yoxdu yazisin gorsem 100 % arxayin olun deyərəm Heqiqeten ne vaxtdi yoxdu fevral ayindan yazmir Yazsa yazaram .

      Cavab yaz
      • Anonim
        Esra İbrahibli(şamaxi) -ya · 5 May 11:3123

        Cox sagolun xanim .Allah razi olsun.Mende baxdim serhere gorunmur serhi .Allah komeyi olsun harda olursa olsun .Allah sizdende razi olsun Esra xanim

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 5 May 12:2113

          Var olun Saq olun.

          Cavab yaz
    • Anonim
      Demədi demə · 5 May 13:5520

      HH idi Aydınlı niki

      Cavab yaz
  • Anonim
    Şemkirli · 5 May 10:3124

    Salam hər vaxtınız xeyir necesiz

    Cavab yaz
    • Anonim
      $$$ · 5 May 11:0050

      Allahın salamı olsun hər kəsə ! Hərvaxtınız xeyir hörmətli şərhcilər ! İstirahət gununz xoş və şən kecsin !

      Cavab yaz
      • Anonim
        Esmer · 5 May 11:3320

        Salam .Gözəl qəlbli xanım .sənə də Allahın salamı olsun .səninlə bahəm .sənə də .gözəl və xoş istirahətlər ....

        Cavab yaz
    • Anonim
      Esmer · 5 May 11:0220

      Salam Şəmkirli .balası her vaxtın yeyir olsun .Necesiz .?

      Cavab yaz
      • Anonim
        Mahir · 5 May 11:3820

        Bu gunden ramazan ayi baslayir. Haminizi muqeddes ramazan ayi munasibetile tebrik edirem. Qoy bu ramazan ayi ruzi-bereketli gelsin.

        Cavab yaz
      • Anonim
        Şemkirli · 5 May 12:1022

        Salam etibarlı dost gozel insan necesiz Esmer xanim men yaxsi siz necesiz daglar qizi

        Cavab yaz
        • Anonim
          Esmer · 5 May 12:2311

          Cox sag ol əziz insan mən yaxşıyam şükür .siz yaxşı olun .İşlər necedi ? Dağlar qızı Esmer))))

          Cavab yaz
          • Anonim
            Şemkirli · 5 May 13:3700

            Çox sagolun mendede yaxsidi her sey,He incimirsiz Daglar qizi dediyme gore??

            Cavab yaz
            • Anonim
              Esmer · 5 May 15:0800

              Təki yaxşı olasız .xeyir Esla .incimirem .narahat olma)))

        • Anonim
          Esmer e · 5 May 14:1400

          Xanim siz dağlisiz ? Xizilisiz ?

          Cavab yaz
          • Anonim
            Esmer · 5 May 15:0900

            Xeyir .Xızılı deyləm.

            Cavab yaz
          • Anonim
            Esmer · 5 May 15:1100

            Amma xızıda .o qədər olmuşam ..Altıağacda .Cənnət bağında .

            Cavab yaz
          • Anonim
            Esmer e · 5 May 17:4600

            Cox yaxsi xanim..

            Cavab yaz
            • Anonim
              Esmer · 5 May 18:0900

              Yaxşı günüz olsun .)

  • Anonim
    Tovuzlu Tutu · 5 May 12:3110

    Mahir bbəy ço x sağ olun

    Cavab yaz
    • Anonim
      Şemkirli · 5 May 13:4200

      Tovuzlu Tutu xanim Salam necesiz dunenki qroskop seyfesinde yazib sorusmuzuz bagislayin cavab vere bilmemisem,men Şemkirin Duyerli Zeyem yeqin esitmisiz oralardanam əslində yaxin kedlerdi Tovuzun asaqiayibli kendi bitisikdi bize yeqin tanidiz??

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.