Cəmiyyət

Günün qoroskopu:Obyektiv zərurəti və bununla bağlı nüansları nəzərə alın

1 May 2019 00:01
33 Şərh     Baxış: 8 752

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prosesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.

Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.

Gəzintiyə yollanmaq olar.

Buğa - illüziyalara aldanmayın, arzular aləmindən ayrılın. Praqmat və realist olun. Yaxın ətrafınızdakı insanlarla razılığa yalnız praktiki müstəvidə nail ola bilərsiniz. Cari tələbat çərçivəsindən kənara çıxmayın. İnnovasiyaları müvəqqəti olaraq təxirə salın.

Günün ikinci yarısında cari məsələlərin həlli üçün sınanmış metodu seçin. Kiçik işlər artacaq.

Dəyər verdiyiniz insanların davranışlarındakı dəyişikliklərə fikir verin. Onları uca səslə müzakirə etməyin.

Əkizlər - günün ilk yarısında formalaşan şəraitdə mənasız söhbətlərə, boş müzakirələrə qatılmayın. Faktları təxminlərdən və ehtimallardan üstün tutun. Praktika nəzəriyyədən daha əfzəldir. Ailə qayğıları, məişət problemləri, tələbat və zərurətlər, yaxınlarınızla qarşılıqlı münasibətlərin nüansları ön plana çıxacaq.

Günün ikinci yarısında fəaliyyətinizdə zəruri korrektələr aparın. Ehtiyatlı olun, səhhətinizin qeydinə qalın.

Səslənən təklifləri dəyərləndirmədən qərar verməyin. Axşam saatlarında normal istirahət üçün yaranmış şəraitdən istifadə edin.

Xərçəng - yaranmış situasiyaya uyğun hərəkət edin. Gün ərzində qəfil, gözlənilməz hadisələr baş verə bilər. Qonşular, həmkarlar, qohumlar arasında bir və ya bir neçə şəxsin qəribə davranışları istisna deyil. Alınan məlumatları kritik təhlilə uğradın. Əks təqdirdə məlumatları tərsinə anlaya bilərsiniz.

Günün ikinci yarısında aşkar və ya mübhəm intriqalar başlanacaq. Belə oyunlara qatılıb-qatılmayacağınıza qərar verin.

Ehtiyatlı olun. Tərəfdaş münasibətlərini praktiki zəmində qurun. Kiçik məsələlərdə qarşılıqlı yardımlaşmaya önəm verin.

Şir - yaşam tonusunuzun səviyyəsinin müvəqqəti olaraq aşağı düşməsi ilə barışın. Emosional durumunuz qarşınıza qoyduğunuz məqsədə çatmağa maneələr yarada bilər. Maliyyə problemlərinin həllinə, mübadiləyə həddən ziyadə vaxt ayırmayın. Banklardan kredit götürməyin. Alış-verişdə yalnız zəruri məhsulları və ya əşyanı alın.

Günün ikinci yarısında planlarınızı reallıqla müqayisə edin. Mənasız illüziyalara qapılmayın, səbəbsiz gözləntilərə aldanmayın. Yaxın ətrafınızdakı insanlardan biri sizə yalan danışacaq, arzulananı gerçəklik kimi qələmə verəcək.

Qız - günün ilk yarısında davranışınıza fikir verin. Xırdalıqları nəzərdən qaçırmayın. Xasiyyətinizin ən pis yönlərini nümayiş etdirərək sizdən narazı insanların sayını artırmayın. Belə davranış işlərin gedişatını çətinləşdirəcək, mövcud münasibətlərdə risklər yaradacaq. Qıcıqlı, hərdəmxəyal, aqressiv olsanız, yaxın ətrafınızdakı insanların sizə mənfi münasibətinə təəccüblənməyin.

Günün ikinci yarısında əlavə şübhələrə zəmin yaratmayın. Problemlərin səbəbi peşəkar təcrübənin çatışmazlığıdırsa, nöqsanları gizlətməyin. Çatışmazlıqları aradan qaldırın.

Tərəzi - günün ilk yarısında yaranan problemləri həll etmək üçün səbrli olmalısınız. İrəliləmək üçün fəaliyyətin praktiki yönünə önəm verin. Kiçik tapşırıqları yerinə yetirməklə də uğur qazana bilərsiniz.

Mütəxəssislərin təkliflərindən yararlanın.

Günün ikinci yarısında müstəqil çalışsanız, daha yaxşıdır. Münasibətlərdə qarışıqlıq yarana bilər. Yaxın ətrafınızdakı insanlara yardım etmək istəyirsinizsə, onlara dəstək olun - bu adamların işlərini görməyin. Tərəfdaşlıqda rolları dəqiq paylaşın. Əks halda sizi zəif bilib çox işlədəcəklər.

Əqrəb - günün ilk yarısı məhsuldar olacaq. İndi gördüyünüz işlərin sonuclarından az sonra perspektivdə yararlana bilərsiniz. İstənilən təklifi tələsmədən, soyuqqanlı şəkildə nəzərdən keçirin. Prosesin təfərrüatlarına varın.

Yeni, faydalı biliklər və məlumatlar əldə edin.

Günün ikinci yarısında ifrat ambisiyalar önəmli təfərrüatları görməyə mane olacaq.

Dostların, qohumların, sizi sevənlərin tənqidlərinə ifrat sərt reaksiya verməyin.

Münasibətlərdəki çətinlikləri aradan qaldırın.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.

Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin.

Oğlaq - günün ilk yarısı əlverişlidir. Tətbiqi problemlərin həllinə üstünlük verin. Çətinliklərdən çıxış yolunu arayarkən təcrübənizdən yararlanın. Yeni situasiyalarda intuisiyanız dadınıza çatacaq.

Günün ikinci yarısında sərvaxt olun, ani hisslərin təsiri altına düşməyin. İmkan varsa, dünyagörüşünüzü genişləndirin, məlumat və informasiyaları artırın. Maraqlı, qeryi-ordinar detalları diqqətdən qaçırmayın.

Yeni tərəfdaşla məhsuldar əməkdaşlıq istisna deyil.

Dolça - diqqətli olun, təfərrüatlara və ilk baxışdan mənasız təsir bağışlayan detallara fikir verin. İşinizi yarımçıq qoymayın.

Obyektiv zərurəti və bununla bağlı nüansları nəzərə alın.

Texnologiya və metodologiya ilə bağlı məsələlər ön plana çıxa bilər.

Günün ikinci yarısında işgüzar əlaqələr və təmaslar ciddi rol oynayacaq. İşlərinizi yüksək keyfiyyətlə görmək istəyirsinizsə, yardımçıların dəstəyindən yararlanın.

Bütün işləri özünüz görsəniz də olar.

Balıqlar - yeni tərəfdaşlar və şəriklərin seçilməsi, genişmiqyaslı layihənin müzakirəsi üçün əlverişli zaman deyil. Potensial tərəfdaşları sınayın. Seçim yoxdursa, danışıqlar apardığınız insanı diqqətlə müşahidə edin

Günün ikinci yarısında izahı çətin antipatiya yarana bilər. Zəif yönlərinizi nəzərdən keçirin, irəliləməyə çalışın. İşgüzar əlaqələrlə şəxsi münasibətləri qarışdırmayın. Qarşılıqlı iradlar durumu xeyli çətinləşdirə bilər.

Axşam saatlarında stressdən qurtulun.

Milli.Az 

loading...

Şərh yaz:

33 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 May 00:02205

    Sabahiniz xeyirli uqurlu olsun Geceniz de xeyre qalsin Yuxunuz da Bal Esra olsun Canlarim.

    Cavab yaz
    • Anonim
      Esmer · 1 May 08:4077

      Sənın də sabahın xeyrlı olsun Esracan .

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 1 May 09:0789

        Canim Esmərim cox saq ol Necesen canim usaqlar necedi ?

        Cavab yaz
        • Anonim
          Esmer · 1 May 09:2961

          Şükür yaxşıyam canım uşaqlarda yaxşdılar sən necesen?balaca necedi?

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 May 00:032616

    Status-Çalış hec nəyə gecikmə , ve hər şeyə də tələsmə !

    Cavab yaz
    • Anonim
      luc · 1 May 12:00104

      ela

      Cavab yaz
    • Anonim
      dost · 1 May 12:1762

      Super!

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 1 May 12:2763

        Cox saq olun canlarim.

        Cavab yaz
  • Anonim
    106_E · 1 May 08:38224

    Heç mənim vecimə də deyil kiminse mənden xoşu gəlmir çünku mən mənə deyer verenlər üçün yaşayıram

    Cavab yaz
    • Anonim
      Şemkirli · 1 May 10:3514

      Salam doslar necesiz,,,,Esmer xanim Salam necesiz gozel insan ne var ne yox isler necedi

      Cavab yaz
      • Anonim
        Esmer · 1 May 11:0711

        Salam Şəmkrli Balası yaxşıyam sen necesen .işlərin nece gedir ?havalar necedi qürbətdə?

        Cavab yaz
        • Anonim
          Şemkirli · 1 May 12:3203

          Çox sagolun isler şukur yaxsidi hemiseki kimi isleyirik da,He MasAllah bu il cox yaxsidi heleki havalar moskvada bele davam etse yaxsi olar son 3 ilde bu il en yaxsi havasi olan ildi heleki

          Cavab yaz
          • Anonim
            Esmer · 1 May 12:4200

            Təki hər şey yaxşı olsun .day yaya dogru gedir daha da yaxşı olar inşallah .

            Cavab yaz
  • Anonim
    Şemkirli · 1 May 10:4055

    Tovuzlu Tutu salam necesiz axsam serhivizi oxudum coxlu guldum,daje meni yazilisimdan xanimada oxsadirsiz?? Yox oglanam,,yeqin siz burani qacaraqa oxuyursuz ona gore xanim bey secemirsiz Tovuzlu balasi

    Cavab yaz
  • Anonim
    noyo · 1 May 12:1451

    Buga sehv yazılıb

    Cavab yaz
  • Anonim
    dost · 1 May 12:1830

    Hamıya salam

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 May 12:2743

      Salam !

      Cavab yaz
    • Anonim
      dost · 1 May 13:0031

      necesiz Esra xanım Şamaxı gözeli

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 1 May 14:1822

        Cox saq olun var olun men yaxsiyam siz necesiniz ?

        Cavab yaz
  • Anonim
    Zəhra · 1 May 12:5911

    Əsmər , Şəmkirli salam. Necəsiz?

    Cavab yaz
    • Anonim
      Esmer · 1 May 14:2201

      Salam Balaca gözəl necesen mən yaxşıyam .sən yaxşı ol .

      Cavab yaz
      • Anonim
        Zəhra · 1 May 15:5520

        Yaxşıyam desəm inanarsanmı mənə?? Çox sağol. İri addımlarla yoluma davam edirəm Əsmərcan. Hər şey bombaaa

        Cavab yaz
        • Anonim
          Esmer · 1 May 16:0401

          Sən yaxşıyam desen inanaram )) cünki mən hər sözə inan safam ) Zəhracım .hər zaman sənə daim güc və Zehin acıqlıqı Arzu edirəm ..Balaca gözəlim

          Cavab yaz
  • Anonim
    Şemkirli · 1 May 13:0902

    Esmer xanim Siz ancaq bura yazirsiz basqa sosyal sebekede yoxsuz ? bilmek olarsa

    Cavab yaz
    • Anonim
      Esmer · 1 May 14:2401

      Bəli Şəmkirli balası .Anca bura yazıram .yoxam hec yerdə .duzdu tik tok yukləmişəm anca vidyo gotürmək ücün .başqa hec yerdə yoxam .)) Siz olmamış olmarsız?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 1 May 20:3701

        He mende var amma girmirem vaxt olmur ok ru insdeqram var menfe

        Cavab yaz
        • Anonim
          Esmer · 2 May 09:4400

          Sabahın xeyir Şəmkrli .Qardaş necesen? Hər zaman işin bol olsun vaxt tapıb tele baxa bilmyəsən)))))

          Cavab yaz
  • Anonim
    Şemkirli · 1 May 13:1112

    Salam cox sagolun Siz necesiz Zehra xanim adi muqeddes ozu mehriban xanim ne var ne yox,,sizde qerb bolgesindensiz yuuzz faiz?

    Cavab yaz
    • Anonim
      Zəhra · 1 May 15:5510

      Cann. Çox sağol Şəmkirli. Yaxşıyam qardaşım.Hər şey əla! Sürətlə keçən vaxt bizə imkan vermir ki, işlərimizi qaydasına salaq. Mən yooo. Qerb bölgəsindən deyiləm. Mən cənubluyam. Cəlil Məmmədquluzadə ))))))). İndi baxın da )))

      Cavab yaz
      • Anonim
        Şemkirli · 1 May 20:4900

        He duzdu Zehra xanim amma insanlar var ki gunlerin kecesin ilerin kececmesin gozleyir ki bir gun azadliqa qovsacaq,kimi ucun zaman suretle kecir kimin ucunse bir gun bir ile beraberdi,Celilmemmed Qulazade Naxcivan bir terefide irani olub mence,,

        Cavab yaz
        • Anonim
          Zəhra · 1 May 23:0200

          Şəmkirli qardaş çox gözəl ifadələr yazmısız. Düz deyirsiz. Vaxt bugün necə keçdisə elə bilirəm bir iki ilə 60 yaşım olacaq. Qardaş mənim yaşadığı yer onun adıyla bağlıdır.Cəlilin. Tutduz yəqin fikri?

          Cavab yaz
          • Anonim
            Şemkirli · 2 May 03:0500

            He uje basa dusdum tals balasisiz,,ona gore sizi basa dusurem heyat rengareng kecdikce insan omurden doymur bu dunyaya meyilini salib dunyaperst olmaqda bir sey deil xanim mende gencem hec kes geclikde qocalmaq isdemir,amma gencliyide yasiyanda qocaligin ucun nese etmelidi insan,,her yasin oz gozelliyi var, gorursuzmu intihar eden insanlar daha cox genclerdi.Allah insani ele yaradib ki 90 yasin olsada yasamaq isdiyir insan arzulari bitmir.Qocaliq her insana nesib olmur

            Cavab yaz
  • Anonim
    Şirməmməd · 1 May 18:3327

    bunu içtimai məkanda etmək gülüncdür.Facebookda yazışın vəssalam.hər gün ayni adamlar.canim necəsən oyaqsan ya yuxuda yazırsan canlarım.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.