Cəmiyyət

Günün qoroskopu:Maddi-maliyyə məsələləri xüsusi diqqət tələb edir

30 Aprel 2019 00:01
27 Şərh     Baxış: 10 896

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Titan və Himaliya sizə uğurla bahəm, problemlər də vəd eirlər. Hər işin bir nəticəsi var, onlar da müəyyənliklə fərqlənirlər. Çətinliklərlə qarşılaşsanız belə, inad və qətiyyətlə irəliləyin.
Yaşamaq çətindir, amma bilin ki, sizi himayə edən Təala həmişə, ən çətin anlarda belə, dadınıza çatacaq.

Bacarıq və biliklərinizdən yararlanın.
Situasiyaların inkişafını izləyin. Olaylarda ikinci məna, çox incə hazırlanmış intriqa aşkarlana bilər. Etiraf və ya komplimentlərlə bağlı mənasız gözləntilərə qapılmayın.

Cazibə və ya vəd nə qədər maraqlı olsa da, sizinlə bağlı gözləntilər bir o qədər artacaq.

Buğa - Fobos və Sinopenin münasibətləri  günü sərt, çərçivəli yaşama çevirəcək. Tərəfdaşınız stabillik və təminata ehtiyac duyursa, fəaliyyət ərazisini dəqiq müəyyənləşdirin, fərdiyyətçiliyinizi qoruyaraq uğurunuzu nümayiş etdirin. İşdə və evdə qayda yaradın.

İstənilən söz, hadisə və əşyaya doğru yer tapın. Bütün bunlar sizə olan etibarı artıra bilər.
Münasibətlərə yenidən nəzər salın, yaxın insanın hisslərinə dəyər verin. Ehtiyac yaranarsa, yeni aksentə əl atın. Kollektivdə hadisələrin inkişafını müşahidə edin.

Səhvinizi və ya məğlubiyyətinizi səbirsizliklə gözləyən bədxah var.

Əkizlər - Mimasa və Ledanın münasibətləri ətrafınızda baş verən hədisələrin sizi gərginlikdə saxlamasına rəvac verəcək. Rəqiblər qaydaları pozacaq, "partizan savaşı" aparacaq, sizi cavab tədbirlər barədə düşünməyə vadar edəcək.

İstənilən situasiyada özünüzü zəif göstərməyin, vicdanınızı aldatmağa çalışmayın.
Tələsməyin. Aramla davransanız, kobud səhvlər etməzsiniz.

Gün çoxlu faydalı məqamlar bəxş etsə də, bir neçə mürəkkəb sual və tapşırığı da gündəmə gətirəcək.
Gözləntiniz və ya gördüyünüz işdə nöqsan aşkarlanacaq. Olanla kifayətlənməsəniz, nəyisə dəyişməyə can atın, "olmaz" sözünü unudun. Yeni işə başlasanız, sizi çətinlkilər gözləyir.

İstənilən halda əvvəlki günlərlə müqayisədə bu gün işlər iki dəfə çoxdur.

Xərçəng - Neptun və Plutonun münasibətləri hisslərinizdə qarışıqlıq, işlərinizdə isə rasionallıq yaradacaq. Mümkün qədər tez həll etmək istədiyiniz işlərlə məşğul olun.

Əvvəlki dönəmlərlə müqayisədə indi daha çox güzəştə getməli olacaqsınız.
Hadisələrə təsir imkanlarınız çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın. Əməllərlə yanaşı, alınan məlumatların təhlilində aktiv olun.

Maddi məsələlərdə gözləntiləriniz doğurlmaya bilər. Gərəkli nə isə almaq və ya gəlir əldə etmək şanslarınız yox deyil, amma perspektivlər aydın deyil. Belə gözləntilər işin artmasına, planlaşdırılmamış fəaliyyətə səbəb ola bilər.

Münasibətlərin aydınlaşdırılmasında fəallıq etməyə can atsanız, ötənlərdəki səhvlər xatırlanacaq.
Gərəksiz insan və lazımsız əşyalardan qurtulmaq üçün düşərli gündür.

Şir - Lisiteya və Pasifenin münasibətləri təşəbbüslərinizlə ideyalarınızın təqdimatı üçün uğurlu gün deyil. Planlarınızı açıqlamayın, əks halda onlardan rəqiblər yararlana bilərlər. Diqqəti özünüzə cəlb etməyin.

Sıçrayışdan, atılımdan əvvəl bəzən bir qədər dincəlmək, istirahət etmək gərəkdir
Sizə lazım olan özü yaxınlaşacaq. Amma bu gün yox.
Az sonra işlər artacaq. Hazır olun, yaşamınızda qayda yaradın. Hadisələrin gözlənilməz inkişafına, yaxud da emosiyaların qəfil dəyişkənliyinə hazırlaşın.

İşdə və evdə qayda yaradın. Bütün bunlar gərginliyi azaltmağa, sizi müxtəlif tərəflərə çəkən təmayüllərin öhdəsindən gəlməyə imkan verəcək.

Qız - Hiperion və Mimasın münasibətləri yaxın ətrafınızda anlaşılmazlıq, dolaşıqlıq yarada bilər. İş yoldaşı və ya tərəfdaşlarınızdan biri "oyun"dan çıxa bilər.

İşgüzar və şəxsi həyatda "boşalan" yeri doldurmağa tələsməyin. Macəralarınızda hadisələrin maraqlı düyününə düşə bilərsiniz. Belə düyünlər o qədər də təhlükəsiz deyil.

Yaxın adamla münasibətlərdə mübhəm məqamlar çox olacaq. Həmin məqamlara sakit yanaşın. Heç nə tələb etməyib araşdırmağa çalışmasanız, yetərincə maraqlı sözlər eşidəcəksiniz.

Nigaranlıq və incikliyinizə cavab alacaqsınız. Amma nəyisə düzəltməyə, müdaxiləyə tələsməyin. Təşəbbüskar bu gün siz olmamalısınız.

Tərəzi - Amalteya və Demosun münasibətləri sizdən maddi məsələlərdə çox realist davranmağı tələb edir. Bu yaxınlara qədər ciddi önəm verdiyiniz insana münasibətlərinizdə soyuma müşahidə oluna bilər.

Yanlışlıq, səhv nəticələrdən, ən başlıcası isə rifahınıza və durumunuza zərbə vura biləcək addımlardan qaçın.
Sizə yaxın olan insanın müdrikliyində dayaq arayın, yaxşı məsləhəti qulaqardına vurmayın.

Məqsədə doğru aparan yolda ciddi maneələr yarana bilər. Vasitə və ya fiziki resurslarınızın rəqabətdə qalib gəlməyinizə bünövrə olmasına çalışın. Yaşam sizi heç sevmədiyiniz seçimə  vadar etsə də, gərginlik və yorğunluğun bir qismi aradan qalxa bilər.

Evdə, işdə qayda yaradın, təmirə ehtiyac duyan əşyanı sazlayın.

Əqrəb - Uran və Merkurinin münasibətləri istənilən problemlərlə ifrat səyləri, habelə lazımsız təvəccöhləri kənarlaşdırmağı məsləhət bilir.

Hissiyatınızı dinləyin. Başqasanın dalğasına asanlıqla uyğunlaşsanız da, situasiyaya təsir cəhdlərinə baş vurmayın. Tənbəllik və ya alternativ maraq səylərinizi üstələməsin.  Emosional durumu təhlil etmək şansından yararlanın, sizi narahat edən və ya geri çəkən məqamı anlayın.
Vəziyyət, oyun iştirakçıları, prioritet və məqsədləriniz dəyişir.

Diqqətinizi yeni marağa yönəldəcək və ya maddi-maliyyə perspektivlərinə faydalı əlavə olacaq yeni tanışlıq baş tuta bilər.

Xüsusi gərginlik tələb etməyən işlərlə məşğul olun, tanışlarla əlaqələrə diqqət  yetirin, onların istək və qayğılarını anlayın. Sizinlə manipulyasiya etmək istəyənlərə imkan verməyin.

Oxatan - Uran və Saturnun münasibətləri maraqlar toqquşmasında müşahidəçi mövqeyi tutmağı məsləhət bilir. Öhdəlik və həvalə edilmiş işi yerinə yetirin, yeni ideya və planlarını bəyan edərək sizə yeni iş tapşırmaq istəyən adamların çağırışlarına məhəl qoymayın.

Bu gün başqalarının energetikası sizə nə qədər az təsir edərsə, bir o qədər yaxşıdır.
Kimsə peyda olaraq sizə maddi və mənəvi dəstək verə bilər. Yardım və düz yola yönləndirilmək də istisna deyil. Cari problemlərin həlli belə, yaradıcı potensialınızı stimullaşdıra bilər.

Həyatdan kam almaq, dostlarla görüş, hədiyyələr üçün düşərli gündür. Bununla yanaşı, narahatlıq və nigaranlıq da hiss oluna bilər.
Səhhətinizə və istirahətə daha çox vaxt ayırın.

Oğlaq - Serera və Yupiterin münasibətləri sizə seçim anının yaxınlaşdığını bildirir. Fəqət, təminat və vasitələrin kasadlığı seçimi çətinləşdirə bilər. İstənilən şübhəni təhlil edin, fikirləşmək və qərar verməyə vaxt ayırın. İşdə həmkarlarınız, biznesdə tərəfdaş, təhsildə dost və rəfiqənin fikrini nəzərə alın.

Yaxın ətrafınızdakı insanlar ümumi işə pul yatırmağa hazırdır?
Başlanan işləri yarımçıq qoymayın.  Şəxsi münasibətlərdəki qərar və addımlarınız da çətinlik yarada bilər. Situasiyalardakı yanlışlıqların aradan qaldırılması, yardıma ehtiyac duyanlara dəstək olmaq, nasaz və ya sıradan çıxmış əşyaların təmiri, yaşam məkanında qayda yaradılması ilə məşğul olmağa dəyər.

Əyləncə və istirahət üçün əlverişsiz gündür.
Xəstə olana axşam baş çəkin, emosional travma almışa dəstək olun, valideynlərə zəng vurun.

Dolça - Haumea və Makumakenin münasibətləri nüfuzlu insanla aranızdakı münasibətləri gərəcək. Təzyiqlərə məruz qaldığınızı düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanların tələblərlə təzyiqləri rahat işə imkan vermir, həyatın tempi sürətlənir.

Yaxşı olar ki, situasiyada güzəştli məqamlar tapın, hamının sizə borclu olduğunu düşünməyin. İmicdə zəruri dəyişikliklərlə bağlı düşünmək üçün əlverişli vaxtdır.
Zərərli vərdişləri keçmişdə qoymaq, yeni təmrinlərə başlamaq, ya da pozitiv fəaliyyətlə məşğul olmaq zamanıdır.

Maddi-maliyyə məsələləri xüsusi diqqət tələb edir.
Pulunuz varsa, alış-veriş edin, amma bədxərcliyə yol verməyin. Bəzəkli dükanlara aldanmayın: hər şeyi olduğundan baha almaq və aldanmaq istəyirsinizsə, başqa məsələ.

Gözəllik salonu, bərbərxanaya baş çəkməyi sabaha saxlayın. Şəxsi münasibətlərdə ekstravaqantlığa yol verməyin.

Balıqlar - Serera və Neptunun münasibətləri qüvvənizi, enerjinizi artıracaq. Bəndlərin dağılması, divarların alt-üst edilməsi, daxili qiyam və zahirdəki şərtlərə üsyan mümkündür. Bütün bunlar yaşamda ciddi dəyişikliklərə səbəb ola bilər.

Ulduzlar belə situasiyanı müəyyənləşdiriblər. Emosiyalarınıza hakim olun.
Şərtlərin dəyişməsini istəməsəniz də, hazırlaşın.
Əlavə güzəşt və kompromislərə getməyiniz, əlavə iş görməyiniz gərəkdir.

Planlarınızın dəyişməsi barədə ailə üzvlərinizə açıqlama verin. İş yerini dəyişmək və ya təhsil aldığınız yerdə reallaşdırmaq istədiyiniz əməllə bağlı yaxşı düşünün. Niyyətinizi gerçəkləşdirməyə tələsməyin.
Dünən gecə gördüyünüz yuxunu anlamağa çalışın, məsləhətlərə qulaq asın.

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Aprel 00:0242

    Sabahiniz uqurla acilsin gözel ve mohtesem olsun Canlarım.

    Cavab yaz
    • Anonim
      Esmer · 30 Aprel 08:1702

      Səninlə bahəm Esracan ...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 30 Aprel 09:3112

        Can Esmərim cox saq ol Necesen Esmərim kef ehvalin canin basin necedi ?

        Cavab yaz
        • Anonim
          Esmer · 30 Aprel 09:3701

          Cox sag ol canım Esra yaxşıyam şukur .sən necesen .balaca necedi?

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 30 Aprel 09:4210

            Mende yaxsiyam Esmərim canim balacamda yaxsidi Sukur Allaha

            Cavab yaz
            • Anonim
              Esmer · 30 Aprel 10:0100

              Hər zaman yaxşı olun canım .

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Aprel 00:1345

    Bir dene naqil yazim daa.Demək biri var idi biri yox idi Bir padşah var idi bir gün Padsah saray eyanlarindan 5-6 nefer göturub ova gedir Ele oxu dartib atmak isteyende tersine cixir padsahin cecele barmaqin qopardir Padsah aqridan qisqirir yanindakilar tez yardim edirler hamisi pis olur bu hadiseye Padsah görur bunun Vezirinin hec vecine deyil deyir sen niye menim halima laqeydesen Vezir deyir Allah xeyirlisin etdi.Padsah bu sozden qezeblenib saraya gelen kimi veziri atdirir Zindana .Ne ise aradan xeyli vaxt gecir Padsah yene 5-6 nefer göturub ova gedir Mese ile gedende bunlar 1 deste yam-yamlara rast gelirler qeribe mexluklar Padsahida obirlilerinde tutub aparirlar ki biz sizi yeyeceyik Yam yamlar hamisin yeyib Padsaha catanda baxirlar ki cecele barmaqi yoxdu deyirler yox biz bele adami yemirik cix get Padsahi buraxirlar Padsah canin qurtarib saraya gelir Düz gedir zindana Vezirden üzr isteyir deyir o vaxt sen Allah xeyirlisin etdi deyende men basa dusmedim amma ikimiz ucun de xeyirli oldu

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Aprel 00:1435

    Senin zindanda canin xilas oldu menim de cecele barmaqim heyatimi xilas etdi O veziri zindandan cixartir.Demeli Allah xeyirlisin bele etdi.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 30 Aprel 00:1735

    Veeeee ..geceniz xeyre qalsin yuxunuz bal Esra olsunnn şipşirinnn olsun.

    Cavab yaz
  • Anonim
    Şemkirli · 30 Aprel 10:3300

    Salam doslar necesiz Esmer xanim necesiz gozel insan

    Cavab yaz
    • Anonim
      Esmer · 30 Aprel 10:4900

      Salam əziz qardaşım cox sag ol yaxşıyam siz necesiz ?.işləriniz necedi ?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 30 Aprel 10:5900

        Cox sagolunn Esmer xanim şukur yaxsidi her sey azerbaycanda havalar necedi? Şemkire birde ne vaxt getsez deyin mende gelecem size tut cirpib vererem memuminyetle

        Cavab yaz
        • Anonim
          Esmer · 30 Aprel 11:0500

          Təki yaxşı olun qardaşım .hava iki gundu biraz yaxşdı .İnşallah Allah qismət etsin gedek sizn .cırbdıqnız tutudan yeyek )))əzizim cox sağ ol .Amma mən Ağ tut sevirəm haaa))))

          Cavab yaz
          • Anonim
            Şemkirli · 30 Aprel 11:1400

            İnsAllah he uje dadi yadimdan cixmisdi tutlarin kecen il ozme soz verdim ki tut sezonu qalib coxlu tut yeyecem,bizim şemkirin tatar kendi var en şirin tut orda yetisir ora tovuzada yaxindi gedirdim ora tez tez xulase coxlu yedim kecen il tut,mende ag tutu xoslayram

            Cavab yaz
            • Anonim
              Esmer · 30 Aprel 11:2300

              Hə inşallah .bu ildə .gələrsiz .hem ozünez yeyersiz həmdə mənim ücün cırparsız))) mən tovuza gəzmək ücün gedirəm yayda cox gozəl yeri var .tovuzda şamlıq deyilən bir yer var olmusuz orda .

  • Anonim
    Şemkirli · 30 Aprel 10:3500

    Tovuzlu Tutu xanim salam necesiz dunen oxudum salamlamisiz,men o gun zarafat etdim incimediz ??

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 30 Aprel 10:5100

    Salam Şəmkirli necəsiz yox əsla nə dediniz ki inciyəm adınızı da bilmirəm sirr deyilsə

    Cavab yaz
    • Anonim
      Şemkirli · 30 Aprel 11:0300

      Tutu Xanim he ele bildim incidiz,adim Ele Şemkirli deyin xosdu xanim.Siz kartof ekirsiz ? Tovuzlular mesurdu kartofuyla

      Cavab yaz
  • Anonim
    Şemkirli · 30 Aprel 11:3200

    He Esmer xanim olmusam MasAllah her yeride taniyrsiz Siz eslen qerb bolgesindensiz ? Tovuzlu Tutu xanim yazmir deyesen qorxdu ki olara qonaq gederik birden sohpet tovuzdan gedir axi,,, qismet olsa insAllah sizin saenizde usaglig illerni xatrlayariq tut cirpmaqla bizde

    Cavab yaz
    • Anonim
      Esmer · 30 Aprel 11:4400

      )))inşallah qismət olar uşaqlıq illəri xatırlamaq .yox Tutu qorxaq qız deyil ))) həmişə məni dəvət edib bizə gəl deye )mən Gədəbəyliyəm )) amma demek olar ki cox vaxtı Şəmkirdə qalmışam . ) ona gorədə şəmkirin cox yerlərini tanyıram.

      Cavab yaz
      • Anonim
        Şemkirli · 30 Aprel 12:0300

        He lap gozel gedebey de ele qerb saylir da biz yerliyik demek olar ki,,deyrem bu Xanimin suyu mene şirin gelir mene

        Cavab yaz
        • Anonim
          Esmer · 30 Aprel 12:2100

          )))bəs nə yerliyik qardaşım .İnşallah Qismıt olar gedib Gədəbyidə gəzərsiz ...

          Cavab yaz
          • Anonim
            Şemkirli · 30 Aprel 12:3200

            Cox olmusam Gedebeyde narzan bulaqlarinin ikisindede olmusam bir aralar lap tez tez gedirdim cox sefali yerdi Sizin rayon orda yetisen her sey azerbaycanin en dadli neymetleridi meyvesi terevezi,orani cox sevirem men.Siz Rayonda boymusuz yoxsa kendinde ?

            Cavab yaz
  • Anonim
    Esmer · 30 Aprel 12:4100

    Hə qardaşım gözəl yerdi amma mənə o qədər maraq qalmayıb cunki cox olmuşam hər il eyni yere gedmək maraq ölür da )) mən kəndə )) kənd qızıyam))

    Cavab yaz
    • Anonim
      Şemkirli · 30 Aprel 12:5600

      He insan yaranisindan beledir cox oldugu yer dunyanin en gozel yeride olsa doyur ordan,kend deyende ki mende kend balasiyam onunla fexir edirem,Allah kime harda dogulmagi reva bilibse ona şukur etmek lazimdi,biz ne kareyik axi

      Cavab yaz
      • Anonim
        Esmer · 30 Aprel 14:4201

        Elbetde ki mende fexr edirem .beli duz deyrsiz her il eyni yer amma bu il bawqa rayon istrem gedim 1 heftelik olsada ))))

        Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 30 Aprel 16:2410

    Salam Şəmkirli əsla niyə qorxaq ki qonaqdan qonağın ruzisi ayağında olur hər zaman qulluğunuzda hazırıq . Vallah işdə oluram vaxt olmur yazmağa. Amma adınızı nə əcəb sirr saxlayırsınız. Heç bilmirəm qızsız ya oğlan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.