Cəmiyyət

Günün qoroskopu:Axmaq adamlardan uzaq durun

24 Aprel 2019 00:01
18 Şərh     Baxış: 12 824

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - işləri yarımçıq qoymayın. Situasiyanın təfərrüatlarını aydınlaşdırın. Rəqibləri geridə qoymaq üçün sürətli, çevik və qıvraq olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz.

Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Diqqətli olun. Fikriniz ikinci dərəcəli məqamlara dağılmasın. Şübhələr fəaliyyətinizə dağıdıcı təsir etməməlidir.

Axşam saatlarını yaxınlarınıza həsr edin. Növbəti səddi dəf etməyə hazırlaşın.
  

Buğa - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız.

Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın.

Kənardan təzyiqlərə boyun əyməyin.
 

Əkizlər - mühüm işlərdə bilavasitə iştirak edin. Maraqsız təsir bağışlayan prosesdən kənarlaşın, fəaliyyət istiqamətini dəyişin. Aktivlik əhvalınızdan asılıdır.

Ümumi fon əlverişli təsir bağışlasa da, strateji səhvlər istisna deyil. Bu səbəbdən də sayıq davranın.

Günün ikinci yarısında yanlışlığa yol verməmək üçün hadisələrin zahiri təzahür formalarına aldanaraq məzmunu diqqətdən qaçırmayın. Mövqelərinizi möhkəmləndirin, dayaqları zəiflədə biləcək addımlar atmayın.

Tərəfdaşlarla birgə fəaliyyətin yeni nüanslarını gündəmə gətirin.
 

Xərçəng - günün ilk yarısından etibarən fəaliyyət rejimi vəziyyətdən asılıdır. Formalaşan şəraitin nüanslarını nəzərdən qaçırmayın. Yeni təəssüratlara, maraqlı ünsiyyətə, variantların müqayisəsinə ehtiyac duyulur. Başqalarının işlərinin və problemlərinin müzakirəsinə qatılmayın.

Günün ikinci yarısında bilavasitə səlahiyyət dairənizdəki işlərlə məşğul olun. Sirr təsiri bağışlayan məqam sizi maraqlandıra bilər. Gərəksiz informasiyalar, uyğunsuz təklifləri özünüzdən uzaqlaşdırın. İnformasiya zibili, gerçəkdən də, qiymətli məlumatların əldə olunması istiqamətində problemlər yarada bilər.

Şayiələrə aldanmayın. Dedi-qodu daşıyıcısına çevrilməyin.
  

Şir - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır.

Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər.

Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın.
  

Qız - istənilən işin effektiviliyi sizin şübhə səviyyənizdən asılıdır. Bir variantı seçin, onu reallaşdırmaq üçün bütün imkanlardan yararlanın. Sizin haqqınızda kimin nə fikirləşəcəyini uzun müddət təhlil etməyin. Səhv edə bilərsiniz.

Başqalarının mövqeləri ilə hesablaşın, deyilənləri nəzərə alın. Amma fəaliyyətinizi onların nə deyəcəyini düşünərək korrektə etməyin.

Günün ikinci yarısında başlamaq istədiyiniz yeni layihə yeknəsəklik içində itib-bata bilər. Sonucsuz müzakirələrə və boğazdan yuxarı etirafların səsləndiyi söhbətlərə qatılmayın.

Sonu görünməyən danışıqlardan qurtulmaq üçün durumu dəyişin.

Maraqlarınızı təmin edin.
 

Tərəzi - günün ilk yarısından etibarən işlərinizdə ciddi maneələr və sədlər yaranmayacaq. Həlli mümkünsüz təsir bağışlayan problemlər yoxdur. Qərarların bir çoxunu intuitiv qəbul etməlisiniz. Sakit olun, təmkinli davranın. Emosionallığa, çılğınlığa heç bir zərurət yoxdur.

Günün ikinci yarısında əsəbləşsəniz, situasiyanı ayıq dəyərləndirə bilməyəcəksiniz. Yanlış qərar və səhv addım riski artır. Bütün diqqətinizi bir istiqamətə yönəltməyin. Əlavə sahələrlə maraqlanın, bilik və məlumatlarınızı artırın.

Axşam saatlarına yaxın xoş xəbər alacaqsınız.
  

Əqrəb - cari işlərdə ləngimələrə yol verməyin. Təşəbbüskar olun, situasiya sizə qərarlarınızı və addımlarınızı diqtə etməməlidir.

Təəssüratlarınız bol, əsəbləriniz tarımdırsa, sakitləşin. Təmkinli olsanız, daha ciddi uğurlara nail ola bilərsiniz. Təmasları aktivləşdirin, müzakirələrdə passiv tərəf olmayın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Suallarınıza cavab arayın. Yeni işə bütün diqqətinizi yönəltməyiniz ailə üzvlərinin narazılığına səbəb ola bilər. Onların tələblərini qulaqardına vurmayın.
 

Oxatan - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın.

Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin.

Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin.

Axşam saatlarında normal istirahət edin.
 

Oğlaq - səhər saatlarından etibarən işlərinizdə aktiv olun. Ani çətinliklər sizi yolunuzdan sapdırmasın. Məqsədə çatmaq üçün əzmlə çalışın, irəliləyişlərə nail olun.

Xırdalıqlara və təfərrüatlara diqqət yetirin.

Günün ikinci yarısında önəmli məsələ ilə bağlı qərar verməyə tələsməyin. İnformasiya axtarışı və məlumat arayışı intensiv olmalıdır. Vaxtınızı boşuna xərcləməyin. İşlədiyiniz yerdə rəhbərliklə nə qədər az təmasda olsanız, bir o qədər yaxşıdır.
 

Dolça - günün ilk yarısındakı proseslərdə harmoniya müşahidə olunur. Həddən artıq mürəkkəb layihəyə başlamaq məsləhət deyil. Nə ilə məşğul olacağınızı bilmirsinizsə, intuisiyanıza güvənin. Sevdiyiniz işlə məşğul olun.

Günün ikinci yarısında seçim zərurəti yaranacaq. Emosiyaların təsiri altında qərar qəbul etməyin. Boş yerə sinirlənməyin, mənasız insanlarla mübahisə etməyin.

Axmaq adamlardan uzaq durun.
 

Balıqlar - problemlərin birmənalı həllərini arayırsınızsa, məhsuldar zaman deyil. Yaşanan situasiyalar qarışıqdır. Etibarsızlıq, nigaranlıq hissləri yarana bilər. Belə şəraitdə səhvlər, qəribə qərarlar riski artır.

Günün ikinci yarısında seçim etməyə tələsməyin. Daşınmaz əmlak, maliyyə məsələləri, iş qrafiki ilə bağlı qərar qəbulunda hisslərə aldanmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərməyin.

Axşam saatlarında gəzintiyə yollanın.
 

Milli.Az

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 08:17161

    Salam sabahiniz xeyir olsun gununuz xos, uqurlu, maraqli, gözel olsun Canlarim.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:12154

    Status-Üreymi Allah biliyo,Kimseler bilse ne bilmese ne?

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:141817

    Status-Bu heyatda deyer verdiklerine deyil ,tepik atanlara can deyirler.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:151519

    Status-Bildiyin yerdeyem amma , bildiyin kimi deyilem

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:171616

    Status-Sevginin dozasi cox olanda yandirir, az olanda yarida qoyur.Normal tereziynen ölcun ne cox ne az olsun .

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:431722

    Status-Geride birakdiklarima baxdikda özümün de geri de qaldiqimi hiss etdim SENDEN sonra 1 ddim da ireli gede bilmemisem.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:461916

    Allah ureyuve gore versin Dislike eden kes

    Cavab yaz
    • Anonim
      \\\ · 24 Aprel 10:072117

      bahem

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Samaxı) · 24 Aprel 10:221413

        Elbette bahem 100000000 defe bahemmm menim de bu gözel üreyime göre versin üreyimin gözelliyine versin Aminnn 1000000000 defe Aminnnn !

        Cavab yaz
        • Anonim
          \\\ · 24 Aprel 11:11116

          +1 dis.

          Cavab yaz
          • Anonim
            Esra ıbrahimli(Samaxı) · 24 Aprel 11:2879

            Dislike etmeknen lezzet alirsan heee??

            Cavab yaz
            • Anonim
              \\\ · 24 Aprel 12:1080

              lezzet almiram, sadece yaxshi olardi sozleri duz yazasiniz!!!

          • Anonim
            \\\ya · 24 Aprel 12:19110

            Mən də bunu dislayk edirəm. Yaxşı da edirik. Siz də sağolun dislayk verdiyinizə görə.

            Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:48153

    StatuYa, Rebbim, menim istediklerimi deyil, Senin mende görmek istediklerini mene bexs et ! Amin Amin !

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 09:571512

    Her saniyyemiz bir xatireye cevriir bir azdan evimize gedecem qonaq olduqum bu 3 gün bir ömürlük xatirem olacaqq.Ne yaxsi ki, emim qizlari var onlar menim canim bacilarimdi..((

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 24 Aprel 12:2816

    Men cixdim seq olun

    Cavab yaz
  • Anonim
    &&& · 24 Aprel 13:2804

    Əsram

    Cavab yaz
  • Anonim
    &&& · 24 Aprel 13:2805

    Ay əsram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.