Cəmiyyət

Bakıda ata və oğul qan saldı – İki qardaş yaralandı

13 Aprel 2019 23:56
0 Şərh     Baxış: 4 427

Bakıda iki qardaşı öldürməyə cəhd etməkdə təqsirli bilinən Ağdam rayon sakinləri Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, ata və oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Mübariz Əzimov və Ruslan Əzimov Xətai rayonu ərazisində Eltən Rüstəmov və onun qardaşı Elçinlə şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Pul borcu üstündə yaranan mübahisə sonda davaya çevrilib. Ata və oğul hər iki qardaşa çoxsaylı bıçaq zərbələri vurublar.

Hər iki yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Cinayəti törədən ata və oğul könüllü polisə təslim olublar.

İstintaq orqanı tərəfindən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.