Cəmiyyət

Bərdədə istifadəsiz quyudan neft çıxdı

13 Aprel 2019 22:58
0 Şərh     Baxış: 618

Bərdənin Kətəlparaq kəndində istifadəsiz qalan quyudan neft sızır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ötən əsrin ortalarında rayonda neft tədqiqatları aparılıb. Hətta qazılan quyulardan neft də çıxıb. Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb.

Bu da həmin qapadılan quyulardan biridir. Quyunun qapalı olmasına baxmayaraq, neft sızıntısı davam edir. 10-15 il əvvələ qədər kənd sakinləri buradan çıxan mazutdan yanacaq kimi istifadə ediblər. Hazırda isə az hallarda heyvanlarda xəstəliklərin müalicəsində istifadə edirlər.

Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, quyunun qorunmasına xüsusi diqqət yetirilir. Yaxın ərazidə təhlükə yarada biləcək odun yandırılmasına da icazə verilmir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.