Cəmiyyət

Zəlzələnin fəsadları aradan qaldırılır

13 Aprel 2019 22:57
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı, Ağsu və İsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu il fevral ayının 5-də və 6-da baş vermiş zəlzələnin fəsadları ilə bağlı Şamaxı, Ağsu və İsmayıllıdan ümumilikdə 8891 müraciət daxil olub.

Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda isə 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Müraciətlərdən 1272-si İsmayıllıya aiddir.

Ümumilikdə, 648 qəzalı vəziyyətdə olan ev var ki, bu günə qədər həmin evlərdən 272-si sökülüb. Digər evlərin də podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür.

Sürüşmə zonasında yerləşən evlər üçün də yeni torpaq sahələri ayrılacaq və orada yeni fərdi yaşayış evləri tikiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.