Cəmiyyət

Azərbaycanda kənd təsərrüfatında innovasiyaların tətbiqi üzrə yeni konsepsiya hazırlanır

13 Aprel 2019 20:08
Baxış: 423

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası aqrar sahədə bir sıra layihələr reallaşdırır.

Milli.Az bildirir ki, bunu Trend-ə Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov deyib.

Onun sözlərinə görə, bu layihələrdən biri kənd təsərrüfatında innovasiyaların tətbiqinə həsr olunub:

"Söhbət "Sole foot" layihəsindən gedir. Hazırda biz bu layihə çərçivəsində kənd təsərrüfatında innovasiyaların tətbiqi üzrə yeni konsepsiya hazırlayırıq".

V.Zeynalov qeyd edib ki, bu layihə prioritet hesab olunur və onun reallaşdırılması uzunmüddətli perspektivi əhatə edir.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 1999-cu ilin martında təsis olunub. Konfederasiyanın tərkibinə 1000-dən çox sahibkarlıq subyekti, eləcə də sosial-iqtisadi profilli 35 assosiasiya və ittifaq daxildir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.