Cəmiyyət

"AtaSığorta" və "Atəşgah" sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırılıb

12 Aprel 2019 23:30
0 Şərh     Baxış: 2 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu (Qanun) əsasında verilmiş təqdimatın vaxtında və (və ya) tam yerinə yetirilməməsi ilə əlaqədar Qanunun 106.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 11 aprel 2019-cu il tarixli qərarı ilə "SİNKO QRUP Azərbaycan-Sığorta və Təkrarsığorta üzrə Broker" Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş 20 iyul 2009-cu il tarixli 000203 nömrəli lisenziyanın qüvvəsi 3 ay müddətinə dayandırılmışdır.

İdarə Heyətinin eyni tarixli qərarı ilə Qanunun 111.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən "Societe de Courtage" Sığorta və Təkrarsığorta Brokeri Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta brokeri fəaliyyətinə verilmiş 18 avqust 2011-ci il tarixli 000460 nömrəli lisenziyanın qüvvəsi bərpa edilmişdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bundan əlavə, "AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti və "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Qanun) və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "AtaSığorta" Açıq Səhmdar Cəmiyyəti və "Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.