Cəmiyyət

Azərbaycan Qazaxıstana güc kabellərinin ixracına başlayıb

12 Aprel 2019 22:11
Baxış: 540

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstana geniş həcmdə böyük tutumlu güc kabellərini ixrac etməyə başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə STP-dən bildiriblər.

Məlumata əsasən, artıq 6 yük maşını yola düşüb. Həmçinin bağlanmış müqaviləyə əsasən, Qazaxıstana 77 yük maşını həcmində və 5 milyon dollar dəyərində məsaməli və digər növ kabellər göndəriləcək.

Müqavilə fəaliyyətini genişləndirən dağlıq-zənginləşdirici kombinatı ilə bağlanıb.

Texnoparkda qeyd ediblər ki, ilin sonuna kimi STP Qazaxıstan şirkəti ilə əlavə 7 milyon dollar dəyərində 3 müqavilə bağlayacaq.

Həmçinin kabel məhsullarının Gürcüstan və Qırğızıstana tədarükünə dair ixracı müqavilələri imzalanıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.