Cəmiyyət

Samsung Galaxy S10 - təkmilləşdirmənin 10 ili

13 Aprel 2019 10:00
Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfonun displeyi cihazın siması sayılır. Kamera ilə çəkilən şəkillər, smartfonun öz əlavələri və hətta cihazın parlaq və ya zəif işıqlandırma şəraitində istifadə rahatlığını məhz displeyin məhsuldarlığı təmin edir.

Galaxy S10 seriyası Samsung telefonları irsinin yeni cəlbedici fəslidir. Galaxy seriyasının yaranmasının 10 illik yubileyinə həsr edilən bu xəttin buraxılışı ilə sözügedən Koreya şirkəti bazarda ən effektiv və güclü displey istehsalını hədəf aldığını vurğuladı. Beləliklə, Galaxy S10 TÜV Rheinland  tərəfindən sertifikatlaşdırılmış və yayılan göy şüanın intensivliyinin təsvir keyfiyyətinə təsir göstərmədən azalmasını təmin edən Eye Comfort texnologiyasını dəstəkləyən Dynamic AMOLED ekran ilə təchiz olunmuşdur. Araşdırmalar nəticəsində Almaniyada yerləşən bu testləşdirmə və sertifikasiya institutu göy işığın əks etdirilməsinin 12%-dən 7% qədər azalmasını müəyyən etmişdir.

Qeyd edilən bu göstərici çox böyük əhəmiyyət daşıyır, belə ki, göy işığın təsiri gözlərə ziyandır. Bu nailiyyət sayəsində isə smartfonlarla işləmək daha  rahat olub. Lakin buna baxmayaraq, displey 100%-lik əhatə ilə DCI-P3 rəng qammasında (rəqəmsal kinoteatrlar üçün nəzərdə tutulmuşdur) 16 milyondan çox rəng çalarını ifadə etməyə davam edir.

Bu səbəbdən DisplayMate ekspertləri tərəfindən Galaxy S10 ekranının əks etdirdiyi rənglərin real həyatdakı kimi ifadə edildiyini qeyd edib, "ən dəqiq rəngli displey" kimi təqdim olunması gözlənilən haldır. Nəşr qeyd edir ki,  Galaxy S10 rekordlara imza atıb və ya digər model smartfonlarının displey göstəricilərini təkrarlayıb, belə olduğu halda məhsul "Əla, A+" ilə təltif olunaraq ən yüksək qiymətə layiq görülüb.

Həmçinin, Galaxy S10-nun ekranı HDR10+ dəstəkləyən ilk mobil displey olaraq təsvir reallığını əvvəllər görünməyən yüksəkliklərə ucaldıb. Yeni texnologiya ilə təchiz olunan bu ekranın test tədqiqatlarında DisplayMate rekord dəqiqlik qeydə alıb.

Galaxy S10 məhsul xəttinin istehsalında şirkət üçün çətinlik yaradan məqamlardan biri smartfonların korpuslarına 90% nisbətində displey ilə təchiz olunması idi. Beləliklə, istehsalçı yuxarı və aşağı çərçivələrdən təmamilə imtina edərək smartfonun yuxarı küncündə yerləşdirilmiş frontal kameralı 6.1" "sərhədsiz" displey ilə təmin edib. Ekran üzərində selfi kamerası  üçün nəzərdə tutulmuş "oyuğu" olan displey Infinity-O adlandırılıb. Samsung, sözün əsl mənasında, displey üzərində pikselləri "ləğv" edərək kamera yerləşdirib, lakin bu əməliyyat nəticəsində ekranın heç bir funksiyası itirməyib. İndi obyektiv səliqəli görünərək ekran üzərində minimum yer tutur  və istifadədə maneə törətmir. Həmçinin, smartfonda xüsusi divar kağızları mövcuddur ki, təqdim edilmiş şəkillərin yuxarı hissələri tünd olduğundan kamera modulu, sanki, görünməz olur.

Galaxy S10-nun  Dynamic AMOLED  displeyi ultrasəs barmaq izi skaneri ilə təchiz olunmuşdur. Bu skaner dərinin üç fəzalı təsvirini oxuyaraq iki fəzalı adi skanerlərdən daha üstün mühafizəni təmin edir. Sadə dildə desək, skaner istifadəçinin barmaqları üzərində yerləşən şırımlardan (zolaqlardan) əks etdirilən əks-sədanı "oxuyaraq" barmaq izinin sahibini təyin edir. Qeyd edilən yeni  nəsil biometrik autentifikasiya metodu FIDO Alliance Biometric Component tərəfindən sertifikatlaşdırılıb. Ultrasəs üzərində işləyən skanerlər daha yaxşı mühafizə təqdim edir, belə ki, utrasəs saxta barmaq izlərini asanlıqla təyin etməyə qadirdir. Həmçinin, bu növ autentifikasiya yüksək dəqiqlikləri ilə seçilir, skaner  əlləriniz hətta, "yaş" olduqda belə smartfon sahibinin barmaq izini  tanıya bilir.

Yeni Galaxy S10 məhsul xətti mühəndis təxəyyülünün şah əsəri olub, smatfonla istifadədə rahatlıq və komfort hissini təmin etmək üçün yaradılıb.

Yeni Galaxy S10 seriyasının smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.