Cəmiyyət

BDU-nun rektoru ad gününü tələbə yataqxanasında keçirdi - FOTO

5 Aprel 2019 14:45
4 Şərh     Baxış: 1 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ad gününü universitetin yataqxanasında tələbələrlə keçirib.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı universitetin sosial şəbəkə səhifəsinə tələbələrdən biri yazıb.

Məlumata görə, rektor yataqxana şəraiti ilə də maraqlanıb və lazımi qeydlər götürüb.

"Axşamüstü, saat 7-8 olardı. Dedilər, rektor otaqlara baxır, şəraitlə tanış olur. Koridora çıxdıq. Ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş... - ürəyimizi boşaltdıq. Qeydlər apardı. Axır ki, yolu yataqxana otaqlarından düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu.

Rektor özüylə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günüymüş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu. Təbrik edirik sizi, Elçin müəllim və problemlərimizin həllinə kömək göstərəcəyinizə inanırıq", - tələbələr məlumat verib.

Qeyd edək ki, bu il martın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə BDU-ya rektor təyin edilən Elçin Babayev tələbələrlə açıq və səmimi münasibəti, fərqli idarəeməsi ilə gündəmə gəlir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.