Azərbaycanın ilk uşaq kanalı "ARB Günəş" 4 yaşını qeyd edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün ölkəmizin ilk uşaq televiziyası "ARB Günəş"in 4 yaşı tamam olur.
Milli.Az xəbər verir ki, azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb.
Televiziya 10 aprel 2015-ci il tarixindən etibarən yayımını "Azerspace 1" peyki vasitəsilə həyata keçirir. "ARB Günəş"i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.
"ARB Günəş" efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziya azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. "Biz gələcəyik", "Yuxunuz şirin olsun", "Gəlin oynayaq", "Xəbərdar ol", "Mən məktəbli ikən", "Kiçikdən - böyüyə" və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirirlər.
Ölkənin ilk uşaq kanalında dublyaj studiyası fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim olunur.
"ARB Günəş" "ARB Media Qrup"a daxil olan digər telekanallarla, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Təhsil TV" ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həmin televiziyaların istehsalı olan, tamaşaçı rəğbəti qazanan verilişlər "ARB Günəş"in efirində yayımlanır.
Telekanal təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də sosial xarakterli layihələrə imza atıb.
Belə ki, televiziya hər il ənənəvi olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" adlı aksiya təşkil edir.
Qarabağ mövzusu, cəbhə bölgəsində yaşayan uşaqlar da həmişə diqqət mərkəzindədir. "ARB Günəş" 2016-cı ildə Tərtər, Ağdam və digər cəbhəboyu ərazilərdə müharibə şəraitində yaşayan uşaqların həyatını əks etdirən videoçarxlar hazırlayıb. "Onlar uşaqlığını yaşaya bilmir" devizi ilə lentə alınan videoçarxlarda ermənilərin balacaların "əlindən aldıqları", mərmi, silah səsləri ilə müşayiət olunan uşaqlıq ictimaiyyətə göstərilib. Televiziya tərəfindən 2019-cu ildə çəkilən "Xocalı" klipində Xocalı soyqırımının qurbanı olan, həyatını, ailəsini itirən uşaqların faciəsi əks olunub.
Türkiyənin İstanbul şəhərində keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi hər il "ARB Günəş"in nümayəndə heyəti təmsil edir.
Hazırda televiziyanın texniki bazasının və yayım imkanlarının genişlənləndirilməsi istiqamətində işlər davam etdirilir.
"ARB Günəş" gələcəkdə milli-mənəvi dəyərlərə söykənən, maarifləndirici, uşaq psixologiyasına müsbət təsir edən verilişlərin sayını artırmağı qarşıya məqsəd qoyub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Süni intellekt xərçəng xəstələrinin nə qədər yaşayacağını təxmin edir
-
Bir əsrlik fayton: Nəriman Nərimanovun Şəki səfərindən yadigar - (Foto)
XƏBƏR LENTİ
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı





