Cəmiyyət

Bura muzey yox, çay evidir - Bərdədə unikal məkan

26 Mart 2019 22:49
1 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə yerləşən bir çay evində minə yaxın qədim əşya var. Onların arasında müxtəlif silahlarla yanaşı, 2-3 əsrə yaxın yaşı olan Qarabağ xalçaları da yer alır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bura hər hansı bir muzey yox, Bərdədə yerləşən çay evidir. Minə yaxın qədim əşyanın toplanıldığı çay evində insan bir anlıq özünü qədim dövrdə hiss edir.

Pulsuz olduğu üçün hamının marağına səbəb olan muzeyə bənzər çay evində şəkil çəkdirənlər daha çoxdur. Bu məkana Bərdə ilə yanaşı, ətraf rayonlardan da gələnlər var.

Rayona gələn xarici qonaqlar da bu çay evini görmək marağında olur.

Azərbaycanın musiqi korifeylərinin vallarının əşyalar arasında yer alması məkanı xüsusilə cəlbedici edir. Divarlardan asılmış ötən əsrin 50-60-cı illərinin fotoları da olduqca maraqlı görünür.

Domino və nərd kimi stolüstü oyunlar olmadığı üçün sakitliyi sevənlər bura üz tutur. Əvəzində isə qədimi radiolarda və vallarda klassik Azərbaycan mahnıları, muğamlar səsləndirilir. Qədimi əşyaları əldə etmək üçün böyük zəhmət çəkdiyini deyən məkan sahibi onların böyük hissəsini pulla aldığını bildirib.

Çay evinin sahibi bildirib ki, əsas məqsədi Azərbaycan tarixi və mədəniyyətini hər kəsə çatdırmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.