Cəmiyyət

Yanğının söndürülməsində iştirak edən mülki geyimli şəxslər səhər növbədən çıxan əməkdaşlardır

26 Mart 2019 19:19
2 Şərh     Baxış: 2 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi KİV-lərdə və sosial şəbəkələrdə bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki "Diqlas" Ticarət Mərkəzində baş verən yanğının söndürülməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, həmin KİV-lərdə və sosial şəbəkələrdə FHN əməkdaşlarının yanğının söndürülməsi vaxtı mülki şəxslərin köməyindən istifadə ediblər:

"Qeyd edim ki, kadrlarda göstərilən mülki geyimli şəxslər FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin səhər növbədən çıxan əməkdaşlarıdır. Onlar yaxın ərazidə qalırlar və hadisədən xəbər tutub öz həmkarlarına köməyə gəliblər. Həmkarlarımızdan və sosial şəbəkə istifadəçilərin xahiş edirik belə həssas məsələlərdə diqqətli olsunlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.