Cəmiyyət

Milli mentalitetin sosial şəbəkələrdə tənqidi doğrudurmu? - VİDEO - FOTO

26 Mart 2019 15:59
1 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir desək, yanılmarıq. Çox vaxt yaşlılar "bir zamanlar belə idi" deyərək, gənclərin davranışlarını bəyənmir, bəzən də gənclər əvvəlki nəslin nümayəndələrini köhnə fikirlilikdə qınayırlar. Artıq iş o həddə gəlib ki, bəzi gənclər sosial şəbəkələrdə gündəmi məşğul etmək üçün bu cür ucuz tənqid üsullarına əl atırlar.

Sakin: "Milli dəyərlərimizi sosial şəbəkələrdə aşağılamaq mən elə bilirəm ki, düzgün deyil. Onları biz gərək ağsaqqallar, müəllimlər başa salaq".

Sakin: "Mental dəyər qalmayıb axı... qalıb? Abır-həya dəyişib, əxlaq dəyişib, sima dəyişib. Hətta danışıq tərzi də dəyişib".

Aida Nəbiyeva - Psixoloq: "İndi hal-hazırda hamı çalışır ki, novatorluq etsin, müəyyən bir yeniliklə göz önünə çıxsın. Bunlar maariflənməmiş insanlardır, hansı ki, müsbət fikirlərin mənfi yönünü tutaraq irəliləyirlər. Onlar, təbii ki, adət-ənənələri də sevməyəcəklər, tərbiyə kodesklərini sevməyəcəklər və onlara qarşı olacaqlar".

Əsəd Cahangir - Tənqidçi: "Sadəcə olaraq, kimsə özünü reklam etmək istəyir. Klassikləri, dəyərləri, istedad sahiblərini, uğur qazananları zəhərləməyə çalışırlar. Şair, yazıçı olmaq istəyib ola bilməyən, öz mətniylə, yazısıyla uğur qazana bilməyən insanlar ictimaiyyətin diqqətini özünə cəkmək üçün bu yolu seçiblər".

Bəzi gənclərin milli mənəvi dəyərləri bəyənməməsi, görəsən, nə ilə bağlıdır? Yaxud da məşhur olmaq, gündəmə gəlmək üçün tənqid etmək yolunu seçmək doğrudurmu?

Əsəd Cahangir - Tənqidçi: "Klassik dəyərlərə sayğıyla yanaşanların sayı, özünü göstərmək istəyən insanlardan qat-qat çoxdur. Ona görə də o bir-iki nəfər həlledici amil deyil. Müşahidələr göstərir ki, bu cür hay-küylərin ömrü bir neçə gündən, ən yaxşı halda bir həftədən artıq çəkmir. Və onda onlar məcbur qalıb növbəti qalmaqal kampaniyasına başlayırlar".

Psixoloqlar hesab edirlər ki, keçmişə, tarixə söykənməyən yenilik heç zaman uğur gətirməz.

Aida Nəbiyeva - Psixoloq: "Bir insan hardan gəldiyini unudacaqsa, gedəcəyi yeri də bilməyəcək. Hər bir prinsip mütləqdir ki, bir tarixi nöqtəyə saplanmalıdır, əgər saplanmayacaqsa, onun heç bir dəyəri olmayacaq və əksinə, bəlkə də belə insanlar  o tip neqativ fikirlər yönəldirlər bizim adət-ənənələr haqqında, özlərinə qarşı aqressiya toplayırlar".

Müdriklərin belə bir kəlamı var, şeirə qiymət vermək onu yazmaqdan daha çətindir. Amma o halda ki tənqid edən kəs o şeiri yazandan daha üstün olsun. Əks halda, bu tənqid kənardan çox ucuz və dəyərsiz görünəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Milli mentalitetin sosial şəbəkələrdə tənqidi doğrudurmu?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.