Cəmiyyət

Qəşəm Nəcəfzadə oğlu barədə: “Tezliklə öləcəyəm, Kəraməti tabutuma yaxın buraxmayın - “FOTO

24 Mart 2019 14:44
100 Şərh     Baxış: 10 730

Qəşəm Nəcəfzadə oğlu Kəramət Böyükçöl haqqında gölənilməz açıqlama edib.

Milli.Az xəbər verir ki, şair ağır xəstə olduğunu, tezliklə öləcəyini bildirib. O deyib ki, onu ölümə aparan səbəb Kəramət Böyükçöldür.

Qəşəm Nəcəfzadə bildirib ki, öldükdən sonra Kəramətin onun tabutuna yazın gəlməsini istəmir.

Milli.Az

loading...

Şərh yaz:

100 Şərh:

  • Anonim
    . · 24 Mart 14:49620

    Inanilmaz!!!men kerametin fikirlerini beyenirem

    Cavab yaz
    • Anonim
      Əsranur-Kəraməyin poeziyasından · 24 Mart 16:081415

      Sən bir qəşəng qızıydın Universitetə qəbul oldun. Əyani oxumaq istədin partana əyləşəndə ilk dəfə dizlərini müəllimin gördü. Dizlərin plyajdan daha qəşəngdi, Yaşıdın oğlanları saya salmadın, Quşun yaşlı kişilərə qondu...Haradan bildin ki, yaşlı kişilər gənc qızlara bərk bağlanırlar Onları itirməmək üçün hər şeyə gedirlər. Yaşlı qadınlar da sütül oğlanları bərk tuturlar. Bunu sənə inturist mehmanxanasında işləyən yaşlı xozeykan söyləmişdi. Hələ bir dəfə də demişdi ki, Sən bu bədənlə yaxşı pul qazana bilərsən Arvadı ölmüş bir kişiyə gedərsən. Hazır ev-eşik sahibi olarsan. Ona görə də yaşlı kişilərlə kabab yedin, Mini yubkalar geydin Universitetdə qiymətlərini pulsuz yazdılar. Ancaq yaşlı kişilərin arvadları ölmədi ki, ölmədi. Bir gün xozeykana dedin: "Mən necə ərə gedəcəyəm?" Kənddə əmin oğluna gedərsən - dedi, Kənd oğlanları avam olur. Sonra səni tanış bir ginekoloqun yanına apardı, Qızlığını yaxşıca düzəltdi. Daha bir kişini də aldada bilərsən - dedi.

      Cavab yaz
      • Anonim
        ... · 24 Mart 19:48718

        Meger sehv yazib? Gundemin nebzini hamidan once tutub, realligi coxlarindan evvel duyub deye indi deyek, istedadi yoxdur? Hetta Xosqedem xanimin tezelikce qabartdigi movzulari Keramet isleyib. Minimmum ona gore hormet edilmeye layiqdir ki, dilin qaydalarina bacardiqca riayet edir, noqte-vergulu yerinde qoyur (daha bezileri kimi harada "ki" gordu - edatdir, baglayicidir ferq etmez - ondan sonra vergul duzmur), rus dilini bilmeyib, azerbaycan dilinde danisib, amma danisigina, yazısına rus sözleri durtmur (ozu de sehv teleffuz ve ya sehv yazilisla)

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 20:32125

          :)))))))))Ayyy,öldüm gülməkdən.Sən canın,sən dəqiq mənim yaradıcılığından bir "inci"paylaşdığım Kəraməti nəzərdə tutursan????Diqqətlə bax gör hardadır orda nöqtə vergül?Ya,"Xozayka"sözü haçandan Azərbaycan dilində oldu?Onu niyə dürtüb bu şeirciyəzinə??Burda sən deyən səhvləri edən adamlara "Yazıçı"adı verilməyib.Bizlər zırt pırt roman yazmamışıq-kitab evində ağzı günə qalan..Elə olmuş olsaydıq,dilin qaydalarını da,nöqtə -vergülü də sorğulaya bilərdin.İndi isə,işinlə məşğul ol.Xoşqədəm xanımına,Kəramət bəyinə bax bunun.

          Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 20:4290

          Sən hələ" Azərbaycan"sözünü düz yaz,sonra camaatın şərhinin altında qırıldadarsan.

          Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 16:111514

      Pulunu da yaşlı bir kişi verdi. əldən-ələ düşdün dildən-dilə. Yaşlı kişilərin arvadları ölmədi ki, ölmədi. Üzləri bərk imiş. Sonra da kafedə işlədin Plyaj dizlərindən daha qəşəngdi. Hər səhər bir səs gəlir kafedən Mən zamanın qızıyam Köynəyi qırmızıyam.....Bu sözlərin müəllifindənsə,palatka toylarında tüstünün içində boğulan,amma,kişi söhbəti edən oğul min dəfə yaxşıdır.Kəramətin əvəzindən olmasa da,onun bu biyabırçılığını bura kopyaladığım üçün hamıdan üzr istəyirəm.

      Cavab yaz
      • Anonim
        16 11 · 24 Mart 16:2774

        Əslində mənə maraqlı oldu.. Bunu bu oğlanmı yazıb??

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 16:58812

          Aha.Buna yazmaq da demək olmaz.Ağzına nə gəlib,tullayıb şeir adıyla.

          Cavab yaz
  • Anonim
    Əsranur · 24 Mart 14:53269

    Razıyam.Elə mənim də tabutuma yaxın buraxmasınlar bu strausu-molla da olsa.Bu gənc başıyla dostluq etmir.Dünən də sosial şəbəkədə meyxananı,meyxanaçıları təhqir etmişdi.Özü normal bir adam olsa,adamı yandırmaz.Allah atasına dəyməsin-yazıqdır.Oğul Kəramətin isə ,nə Böyük çöldə,nə də kiçik çöldə bir sözünün kəramətini görmədik.Böyükçölmüş..Cıkkılı otlaq olardın,insan olardın-atanı bu həddə çatdırmayaydın.

    Cavab yaz
    • Anonim
      F.S.D. · 24 Mart 15:56145

      Heç bur ata övladı haqqında belə deməz nə həddə çatdırasan ki bu sözü deyizdirə biləsən..Kəraməti tanımıram, əgər ata bu sözü ürək ağrısıyla son günlərində belə deyə bilibsə demək Əsranur xanımla razılaşılaşıram və haqlıdır deyirəm

      Cavab yaz
  • Anonim
    Daglı · 24 Mart 15:26106

    Atanın fərsiz övlada üsyanı. Oglunu çox da yaxından tanımasam da, Qəşəm müəllim abırlı və ləyaqətli adamdı, əslən asinin ikinci Vətənindəndi,tərəkəmə tayfasından. Allah kömək olsun...

    Cavab yaz
    • Anonim
      asi · 24 Mart 16:3757

      Salam..Bəli, Əliqullardandı..Mən əvvəl tanımırdım..Gədənin Xəlil Rza haqqındakı sərsəmləmələrindən sonra axtardım internetdə oxuyub bildim..Yaramazın heç vətəni də olmur..Vətən belə oğulu neyləsin, əgər doğma atası üz çeviribsə??..Digər bir mövzuda fikirlərini oxudum, təşəkkür edirəm..Həm gec gördüm, həm də sonradan qarışmaq istəmədim..

      Cavab yaz
      • Anonim
        Daglı · 24 Mart 17:3276

        Salam,asi. Qəşəm müəllimi ümumi işimizə görə tanımışam,əvvəllər,Sumqayıtda kollecdə,sonra Bakıda özəl məktəblərin birində dərs deyirdi,indi özəl nəşriyatı var,həm də Yazıçılar birliyində işləyir.Yaxşı adamdı yazıq, çox tərbiyəli,agıllı bir qızı da var,yaxından tanıyıram bunları,zülmlə övlad böyüdüb,o da fərsiz çıxıb,yazıgım gəlir belə valideynlərə,zəhməti hədər gedib.Bu yaxında ogluma deyirəmki,mən öləndə tabutu çiynində aparma,çiyninə əziyyət olmasın, uşaq neçə gün özünə gələ bilmədi, məndən küsdü ki,bəs niyə mən ölməkdən danışıram,uşagın ürəyi pis oldu... amma bu adam oglu üzündən xəstə düşüb, can üstədi, amma oglu yaramaz əməllərdən əl çəkmir, atasının ölümünü gerçəkləşdirməkdən ötrü durmadan çalışır. Fikirlərimi təşəkkür üçün yazmamışdım, yəni heç demək istədiklərimin 1%-ini yazmamışdım, biz ideya ortagıyıq axı)

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 17:59126

          Dağlı,sən canın incimə,prosto,iraq səndən tabutun fikri məni götürdü.Allah gecindən versin,bunu çiyninə qoymasınlar,bəs necə olacaq bu proses?Nəsə təkər -zad fikirləşmisən:))(Zarafat.)Fikrini anladım-qıymırsan.Prosto,dedim ki,mən də elə şeyə qıymıram.Yeni mexanizm varsa,mən də bilim:)

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Mart 18:1125

            Bir var evdən,qəbristanlıga qədər çiyində aparmaq,bir də var həyətdə maşına atıb, sürüb,aparırsan)

            Cavab yaz
            • Anonim
              Əsranur · 24 Mart 18:4220

              :))

          • Anonim
            Jasemin · 24 Mart 21:3280

            Əsranur, mövzu yas tabut olmasına baxmayaraq, gözlerim yaşardı, amma gülməktən yaşardı

            Cavab yaz
            • Anonim
              Əsranur · 24 Mart 21:5540

              Allah üzünüzü daima güldürsün:)

        • Anonim
          asi · 24 Mart 18:1626

          Allah gecindən versin..Hələ oğlunun övladları ilə 80-90-100 illiklər keçir, sonra uşağı narahat elə)..Mən 90-nı iri rəqəmlə yazıb yapışdırmışam divardan..Demişəm baxın indidən vərdiş edin..Bu yaşa qədər mən sizinləyəm)..zarafat..Nankor övladdansa, olmaması daha yaxşıdı..Bu naxələfin əziyyətin tək valideyni yox, eləcə də cəmiyyət çəkir artıq..Bax burada fikir paylaşanlar belə artıq bu gədənin əməllərindən pay almış oldu, mənəvi cəhətdən..

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Mart 18:4234

            Arzularına görə çox sag ol, Allah sənə də istədiyin qədər ömür versin. Mən hesablamışam özümçün, mənə 63il bəs eliyir, plan və öhdəliklərimi yerinə yetirmək üçün,Allah möhlət verər inşallah. Belə fərsiz ogullar da varmış,atası bu fərsizə Bayılda ev-eşik də düzəldib, amma nə fayda

            Cavab yaz
            • Anonim
              F.S.D. · 24 Mart 22:3900

              Kolleqa indi oxudum bu şərhinizi 63yaş nədir((( xahiş edirəm birdə bu fikrə düşməyəsiniz, sözünüzü geri götürün.göz dəyməsin Allah pis nəzərdən qorusun elə gözəl ailəniz var gərək 100yaş yaşayasınız gözəl ağıllı balalarınızdan gözəl nəvə nəticə görəsiniz. Çox xahiş birdə bu fikrə düşməyin. Kəramətin sərbəstliyi psixikasına təsir edib bu tərbiyyədən asılı deyil şerindən hiss etdim. yazıq ata(( kəramətin öz aləmndə bu uzaqgörənliyi ruhunun xəstə olmasıdır müasirliyi deyil. Yazıq ata((

        • Anonim
          F.S.D. · 24 Mart 18:1720

          ((((

          Cavab yaz
    • Anonim
      F.S.D. · 24 Mart 16:5877

      Ata evin dirəyi olsada, uşaqların tərbiyyəsinə əsasən ana cavsbdehdir. Bu ananın uşaqlarının atasına münasibəti üzərində ovlada verdiyi tərbiyyədir.uşaqların tərbiyyəsində problem varsa 1-cı ana, 2-cı ata günahkardır. Bəzən istisnslar olur gen faktoru bə s.

      Cavab yaz
      • Anonim
        Daglı · 24 Mart 17:3575

        Salam müəllimə,Qəşəm müəllim gözəl insandı,əminəm ki,tərbiyəni də düzgün veriblər, görünür düşdüyü mühitdən korlanıb uşaq, yəqin ki psixoloji problemləri də var, atalar deyib,- ,, Oddan kül törəyər".

        Cavab yaz
        • Anonim
          F.S.D. · 24 Mart 18:0355

          Salam Kolleqa, fikirlərinizlə razıyam mühütin çox böyük rolu var. Belə də olur valideyin özü çox əziyyət çəkəndə övladını çox istədiyindən ən kiçik əziyyət çəkməsinə razı olmur və ata mülayim xasiyyətlidirsə sərtliyi yoxdursa onda belə ailənin uşağına mühüt tez təsir edir. Ana ilə ata övlad tərbiyyəsində birləşməyiblər ürəyləri çox yumşaq olub. Ata nə qədər övladı çox istəsədə evdə sərtliyi söz keçənliyi mütləq olmalıdır. Bunu ana hazırlayır

          Cavab yaz
          • Anonim
            Daglı · 24 Mart 18:4543

            Dogurusu bunların ailə quruluşu haqqında bir söz deyə bilmərəm, amma çox yaxşı valideyn olduqlarına əminəm, həm qızlarını da tanıyıram.

            Cavab yaz
            • Anonim
              F.S.D. · 24 Mart 19:5630

              Oğlunuza dediyiniz söz mənə elə təsir edib ki hələdə özümə gələ bilmirəm bütün incəlukləri başa düşdüm((( İlahi atanın övlada sevgisinə bax həmişə mehriban əziz olasınız Allah qorusun ailənizi, çox yaxşı atasınız Allah uzun ömür qismət etsin. Həyatda heç nə daimi deyil Allah uzun ömür versin atalar oğullarının çiynidə rahatlıqla dünyalarını dəyişsin b u özü bir xöşbəxtlikdir.. Bunlar övladlarını çox istədiklərindən onun bəzi sərbəstliklərin ciddiliyə almayıblar gözlərini övlad sevgisi tutub. Ana evdə tutub saxlaya bilməyib çnki uşaq atasının sevgisindən mərhəmətindən ürəyiyumşaqlığından istifadə edib. yuxarıdakı şeri oxudum .siz düz deyirsiniz bu uşağın psixoloji problemi var. Normal pskalı insan elə şer yazmaz. Qızlarını Allah xöşbəxt etsin, valideyinlərini servindirsin.qızlarının tərbiyyəli olmasına inanıram. Allah qızlarını xöşbəxt etsin. Ən böyek alqış qarğışda atanındır. Ananın qatğışı tutmaz amma atanın ki tutar.

            • Anonim
              Daglı · 24 Mart 20:4930

              Sag olun,müəllimə, təşəkkür edirəm, onsuzda biz nə qədər desək də, ölümümüz yaxud qalımımız bizlik deyil. Təki Allah hamıya hörmətli ölüm qismət etsin.

  • Anonim
    QQ · 24 Mart 15:4010

    Niyə görəsən ?

    Cavab yaz
  • Anonim
    ... · 24 Mart 16:13210

    Allah atasına sebr versin, aralarında ne keçib ozleri biler, lakin eğer yazdiqlarina gore deyirse, Keramet Boyukcolun qelemi cox yaxsidir, yaxsi da tenqidi, satirasi, daha bilmem neyi var

    Cavab yaz
  • Anonim
    Şalimar · 24 Mart 16:14104

    Heç bilmirdim bu yaramaz bu kişinin oğludur. Elə atadan belə oğul...Allah-təala heç kimə başını aşağı əydirəcək övlad payı verməsin. Belə övladlardansa sonsuz olmaq yaxşıdır. Yazıq ata...Gör nə yerə gətirib ki, ata belə deyir. Ailəsinə xeyir verməyən oğul Vətəninə, xalqına nə xeyir verəcək?!

    Cavab yaz
  • Anonim
    asi · 24 Mart 16:17126

    Yazıq ata gör nə həddə çatıb ki, övlada qarşı artıq nifrət yaranıb ürəyində..Kaş səni əsgərlikdə erməni gülləsinə tuş gələydin, atanın başı uca olaydı, deyəydi şəhid atasıyam..Amma bu cür çıxılmaz vəziyyətə saldığın üçün o kişinin əməyinin haqqının əvəzi səndən nə vaxtsa çıxacaq ahəstə-ahəstə..Validey üzünü qara edən övlad hələ bu həyatdan kam almayıqb.Təxəllüsə bax hələ, Böyükçöl..Yox bir böyükkişi..

    Cavab yaz
  • Anonim
    QQ · 24 Mart 16:2162

    Keçən il Xumar Qədimovanın bacısının oglu vardı ha intihar edərək özünü binadan atıb öldürən ,bax o oglan da bu Kəramət Böyükçölün dostu idi.İstedadlı yazar idi .Ancaq bu oglanların düşüncə tərzi nədənsə normal insanlardan fərqlənir di.Nə istədikləri ,niyə belə tərkidünya olduqları məlum deyil. Qəşəm müəllim tanınmış ziyalıdır.Gör nələr baş verib ki ,o insan canından bezib

    Cavab yaz
  • Anonim
    Acı · 24 Mart 16:4851

    Ailədə olan problemdir, evinizdə həll edin məsələni. Kimisi pis əməllərlə valideyn beli qırır, kimisi fikirlərilə.

    Cavab yaz
  • Anonim
    Bismilləhirrahmənirrahim · 24 Mart 16:53100

    Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. Loğman a.s surəsi 14-15 ayə

    Cavab yaz
  • Anonim
    Gün kimi · 24 Mart 17:5081

    Aa bu ne yazıdı yazıb bu axmaq adam kərametdi ne zibildi..Elə düz eliyir atası bunu yaxına qoymur..Valideynlerini söyduren naduruste nəinki ovlad , heç insan demək olmaz olmaz... Yaxşı ki Əsranur bunu açiqladı , çox saq olsun..bunun hansı axmaq əqidə sahibi olduqu bir daha özünü subut etdi ..

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 22:0510

      ❤❤❤

      Cavab yaz
  • Anonim
    Samire · 24 Mart 17:5245

    Keramet oz poyeziyasinda axmaq ve yungul exlaqli qizlari normal qebul etmir. Onlarin uyqunsuz hereketlerini ironik bir dille oxuculara catdirir.

    Cavab yaz
  • Anonim
    Kamilla · 24 Mart 17:5644

    Keramet. Demeli heqiqetleri cilpaqcasina nece varsa deyir...hetda men ozum de urkurem.dehsete gelirem bu heqiqrtden.... Amma men de istemerem oglum desin....cemiyyete lazim deyil heqiqet....ve bir az da cilpaq.heqiqet. Cemiyyeti duzeltmek mene qalmayib.....

    Cavab yaz
  • Anonim
    Kamilla · 24 Mart 18:0053

    Esranira...duz demeyib? Sag olun ki...kopyaladiniz..men de oxudum. Sadece....biabirci heqiqeti demek olmaz! Cemiyyet qebul etmir....

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 18:15106

      Kamillaya...Düz deyib.Amma,iyrənccəsinə deyib.Yeni bir şey deməyib ki qəhrəman adı verim ona.Sizin indiyə qədər bilmədiyiniz nəyi oxudunuz ordan da xəbərdar oldunuz,xanım?Onun şeirciyəzində aldanan qadın haqqında yazır.Hünəri var idi o qadını o günə qoyan zəmanə,kişilər haqqında yazardı.Əsl yazar problemi iyrənc şəkildə qabartmaqdansa,onun həlli üçün nəsə dəyərli bir fikir səsləndirər.Məhəllənin qeybətcil nənələri kimi məsələyə birtərəfli baxmazdı.Hər halda,fərli bir insan olsaydı,atası bu gün ona belə "tərif"yağdırmazdı.Bu,mənim öz fikrimdir,sizin də fikrinizə hörmətlə yanaşıram.Sadəcə,mən yıxılana balta vurmaqdansa,əl uzatmağı normal bilirəm.Kəramət isə yıxılan zəmanəyə balta çalmaqdan başqa heç nə etmir

      Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 18:2596

      Ola bilər siz sual verərsiniz ki,Kəramət neyləyə bilər bu zəmanəyə?Mən də deyirəm ki,İnturistdə kitabı bağlanan qızın problemini qabartmaqdansa,yaxşı yazardırsa,ibrətamiz uşaq hekayələri yazsın.Daha, həyatın ,kişilərin,pis tərbiyənin otellərə sürüklədiyi qadının əhvalatını iyrənc təsəvvürlə qələmə alıb,adını yazıçı qoymasın.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 24 Mart 18:45111

        Problem əslində adi,sadədir.O fərdləri yetişdirənlərdir xəstə.Xəstə cəmiyyət,xəstə fikirli valideynlər,nəticə də ki,sənin dediyin kimi,həmin o kişilər və Kəramətin vurğuladığı həmin o qızlar...Kəramətin probleminin qaynağıda elə həmin xəstə psixologiyadır.Deyirlər:-“Xəstə insanlar psixiatra getməzlər;Gerçək xəstələrin,xəstə etdikləri insanlar gedər”

        Cavab yaz
      • Anonim
        asi · 24 Mart 18:5177

        Bunun rəhmətlik dostu Mövlud da belə mövzularda yazırdı..Çılpaqlığa meyilli gənclərin həyata baxışı və həyatda gördükləri hadisələr..Görmədikləri və ya görmək istəmədəkiləri o qədər işlər hadisələr varkən qadın sinəsini, bədənini " vəsf" eləmək, özdə pis tərəfindən, bu gənclərə nə insan kimi, nə də yazar kimi uğur gətirməz hər halda..Ona qalsa bizlər Milli.azda həftə ərzində dəfələrlə toxunuruq otel, qızlar, sevgililər mövzusuna.. Biraz ədəbi dildə bəzək düzək versək hamımızın yaza biləcəyi hekayələrdi..Intəhası adam fikirləşirki əgər qələmi əziyyətə salacamsa, onda niyə ibrətamiz, tərbiyəvi, klassiklər kimi olmasa da, onlara yaxın dərin mənalı və çəkili bir mövzuda yazmayım..

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 19:0322

          Türklər demiş-Aynən:))

          Cavab yaz
        • Anonim
          ƏSİ. · 24 Mart 19:5111

          Ceyranı qaçırdıb,cüyürdü mələtməklə,indiki cəmiyyətə yol göstərə bilməzsən!!Hər dövrün öz tələbi var!Aldatmaqla,xəyala daldırmaqla heç nə öz yoluna düşməyəcək!Çılpaq həqiqət elə çılpaqlığıyla dilə gətirilməlidir!...Adını çəkdikləriniz gələcəkdə hansı mövqedə olacaqlar bilinməz.Birinin ölümünə səbəb olan hallar,ikincinin həyatına sirayət etməz deyə umuram...

          Cavab yaz
        • Anonim
          asi · 24 Mart 20:4610

          Bu oğlanın tək problemi toxunduğu mövzulardır??..Mən bunun yaradıcılığı ilə tanış deyiləm..Bəlkə də gələcəyin dahisidir, hərçənd ki yazdığıma inanmıram..Bunu tanıdığım səbəb ürək açan olmayıb..Gənclərin fərqlilik axtarışında olması gözəldir..Axtardıqları gözəl şeylər olsa..Dünyadan köçmüşləri rahat buraxıb, onları saf çürük etməkdənsə( hələki belə gənc yaradıcı ola ola), tənqidi yanaşıb tənqid hədəfi olmaqdansa, bəlkə öz cərəyanını formalaşdırıb yeni nələrsə etsin..Hətta bu çılpaqlıq olsa belə..

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 24 Mart 18:1492

    Bütün şərhləri oxudum:(.Məncə problem övladda deyil !Ümumiyyətlə atalar və oğullar məsələsi elə belə məsələ deyil.Təbii ki yazıçılar arasında heç deyil.Ya digər bütün örnəklər kimi təkrarlamalısan,ya qarşı çıxmağı bacarmalısan.İkinci variant sənin məğlubiyyətin ola bilər,çünki cəmiyyət faktoru ən böyük sədd olacaq sənin üçün.Cəmiyyətə heç vaxt atanın oğula cavabdeh ola bilməyəcəyini anlada bilməyəcəksən.Mühit həmişə müstəqil fikirlərinə görə atanı oğula düşmən edəcək...Bizdə isə,bu mövzuda vəziyyət heç ürəkaçan deyil.Bizdə yalnız bir tərəf var:atalar.Oğulların fikirləri axsayır.Onlar köhnə dəyərlərin qarşısında acizdirlər...Məncə ata səhv edir.Və öldükdən sonra insan o epizodları doğurdanda film kimi xatırlayırsa,bunu etdiyi üçün çox peşman olacaq...Bilmirəm,bəlkə də problem mənim düşündüyümdən daha böyük,daha əzabvericidir.

    Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 18:4076

      Əsi,ata artıq o paylaşımı öz səhifəsindən silib.Şəxsən,mənim özümün antipatiyam var bu insana.Yəni,atasının o paylaşımını yandığından etdiyini düşünürəm.Amma,bir atanı nə həddə çatdırasan ki,o cür yana?Mən atanı tanımıram,amma,bu gəncin özündə mənfi aura var.Övladlar da həmişə düz olmurlar.Və övlad olmaq da,hər düz bildiyini onu böyüdənə sərt şəkildə demək haqqını vermir.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 24 Mart 18:5492

        Ata sadəcə oğuldan özü kimi olmasını istəyir məncə.Qəbul edə bilmədiyi,oğulun etdiklərinin öz ləyaqətinə ləkə gətirməsidir.Məncə yaradıcı insanın,bir fərdin azad fikirlərini qəbul etməsi daha asan olmalıdır!Bütün qan bağına rəğmən ata cəmiyyətin fikrini yox,yetişdirdiyi övladın fikirlərini daha çox diqqətdə saxlamalıdır!Biz dəyərlərə görə dəyişməməliyik,buna məcbur deyilik!Mənim üçün övlad mənim övladımdır,pisiylə,yaxşısıyla!

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 19:0277

          Mənim üçün də elədir Amma,məncə,ata onun yaradıcılığından çox,onun özünü qəbul etmir.Əsi,"o oğulu tabutumun üstünə buraxmayın"ı məncə,yaradıcılığa görə deməz.Azmıdır fərsiz oğullar?Pis övladı Allah heç kəsə göstərməsin.

          Cavab yaz
        • Anonim
          ƏSİ. · 24 Mart 22:1411

          ????Hanı??

          Cavab yaz
  • Anonim
    Sәnәm · 24 Mart 18:2630

    Qәşәm müәllimin bu sözlәrinә çox pis oldum Halal zәhmәti ilә böyütdüyü övladı niyә belә olsun? Qәşәm müәllim ölümdәn danışmayın Sizin çoxlu sayda yetişdiyiniz şagirdlә iniz hәkim ixtisasına yiyәlәniblәr Onlara müraciәt et Allah kömәyin olsun

    Cavab yaz
  • Anonim
    Samire · 24 Mart 18:3030

    Goresen Geshem Necefzade niye oqulluqdan imtina edib Kerameti? Hem de nifret edir. Allah tezlikle shefasini versin Geshem mellimin. Allah komeyinde olsun.

    Cavab yaz
  • Anonim
    Ramin · 24 Mart 18:3650

    Kim olursan ol,alim ol,dahi ol bir övladki atasının bedduasını alırsa inanın iki cahandada bunun peşmançılığını yaşayacaq.Ancaq istisna varki Allah c.c. buyururki ancaq Allahın emrlerini yerine yetirməyə görə qarşı cixa bilər insan oda yenə bacardığı qədər cox incitməməlidir.Heyatdada bunun bariz nümunələrini cox görürük ata bedduasını alanların aqibətini.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 24 Mart 18:36102

    Xəlil Rza haqqında yazanda mən də qarşı çıxmışdım.Hətta Bəxtiyar Vahabzadə və digər bir çox ədiblər,şairlər haqqında da yazmışdı.Sonradan nə demək istədiyini oxudum və anlamağa çalışdım.Kor koranə bir istiqamətdə sürüklənmək bizləri həmişə geridə qoyub.Müqəddəs və toxunulmaz etdiklərimizə qarşı fikirlərə ifrat sərt və təhqirlə yanaşmağa adət etmişik.Kütlələşmişik,qaraguruhlaşmışıq.Fərqində olmasaq da,bu belədir.Onun üçün başımıza açılan hər oyuna susmuşuq.Haqq səsimiz belə belə alçalıb və yox olub.Biz insanları anlamağa çalışmaqdansa,sopayla,kösöylə,daş qalaqla susdurmağa alışmışıq.Heç kim müqəddəs,heç kim toxunulmaz deyil,olmamalıdır!!Hər kəs,hər kəsə sözünü deyə bilməlidir!!Biz belə olmamışıq axı.Deyəsən doğurdanda genimizi,qanımızı dəyişməyi bacarıblar!

    Cavab yaz
  • Anonim
    Qasım · 24 Mart 18:37713

    Həyat və yaradıcılığı yalnız şərh yazmaqdan ibarət olan yaşlı, bikar xalalar və sayılar gənc yaşında romanlar yazmış birinə öyüd-nəsihət, ağıl verirlər. Dağıl a dünya!

    Cavab yaz
    • Anonim
      ))))) · 24 Mart 18:47151

      O dünya səninkimilərin başına dağılır artıq,Elzakimilər-Kəramətkimilər fəsiləsinin fanatı.

      Cavab yaz
    • Anonim
      )))) · 24 Mart 19:2672

      Qaçın qaçın,Qasım gəlir

      Cavab yaz
  • Anonim
    qasimsan tasimsan · 24 Mart 19:2192

    deyesen cawibsan ) senin kimi axmaqlarin ucbatinnan cemiyyet pis gundedi de sen atasinnan cox taniyirsan ovladini yol verin qasim gelir!)))

    Cavab yaz
  • Anonim
    Şaman · 24 Mart 19:5730

    Kəramət nə isə yazıb, bununla işim yox, ancaq ATA poeziyasını yazmamış kəramətini göstərdi.

    Cavab yaz
  • Anonim
    Xanım · 24 Mart 19:5850

    Bu da son. Bu da ataya olan hörmət.

    Cavab yaz
    • Anonim
      Qasım · 24 Mart 20:1763

      Aha, səviyyələr görünür. Biri adımı (valideyinlərimin verdiyi ad) lağa qoyur, biri axmaq deyir, biri rişxənd edir. Halbuki, mən heç kəsi təhqir etməmişəm. Yenə deyirəm, yaradıcılığı şərh yazmaqdan ibarət olan insanlarsız. Harda nöqtə, harda vergül olduğunu belə bilmirsiz. Amma ağıl verməyi çox yaxşı bilirsiz.

      Cavab yaz
      • Anonim
        asi · 24 Mart 20:3042

        Sizi narahat edən nədir?? Qeyd etdiyiniz xalalar və dayıların şərh yaradıcılığını izləmə məcburiyyətiniz olmadığı halda özünüzü buna sövq edirsinizsə, probleminizlə yaxından maraqlanın..Xalalar və dayılar hal hazırda xəbər saytında ictimai, sosial, yaradıcı bir mövzuda fikir paylaşırlar..xalalar və dayılarla vatsapda oturub qeybət edən xalalar və dayılar arasında fərqi sezməli və fikir bildirərkən nəzərə almalısınız, çox hörmətli Qasım müllim..

        Cavab yaz
        • Anonim
          Daglı · 24 Mart 20:5551

          Qazım müəllim, Atası bu təriflədiyin ədibin üzündən can verir, yaradıcılıgı başına dəysin onun

          Cavab yaz
          • Anonim
            Qasım · 24 Mart 22:0482

            Dağlı, ümid edirəm, ki, adımı "Qazım" yazmağınız qrammatik səhvdir.

            Cavab yaz
            • Anonim
              )))) · 24 Mart 22:2601

              Qazım)))))

      • Anonim
        asi · 24 Mart 20:3110

        Müəllim sözü səhv getdi..

        Cavab yaz
        • Anonim
          Qasım · 24 Mart 20:4331

          Yaxşı ki, müəllim sözünü səhvən yazmısız. Məncə müəlllim yalnız müəllimlik sənəti ilə məşğul olanlara, bu mötəbər ada layiq olanlara deyilməlidir, mənə yox. Tikinti sahəsində çalışıram, daha doğrusu fəhlə, ustayam. Hə, bir də ki, heç kəsi izləmirəm. Xəbərə şərh yazdım, sonra müzakirələri izləmək üçün hərdən səhifəni yeniləyirəm. Yəni sırf kimisə izləmirəm.

          Cavab yaz
          • Anonim
            asi · 24 Mart 21:0682

            Özünüzü mötəbər ada layiq görmədiyiniz üçün sağ olun..Mən söz gəlişi yazmışdım..Izləmədiyiniz insanların yaşlı xala dayılar, yaradıcılığı şərh yazmaqdan ibarət olanlar olduğu qənaitinə necə gəldiniz??..Birdəki sizin məqaləyə dair fikirləriniz yoxdu səhifədə..Məhz şərhçilərlə bağlıdı fikirləriniz...

            Cavab yaz
            • Anonim
              Qasım · 24 Mart 22:0621

              Asi, şərhlərin məzmunundan insanların yaş kateqoriyasını müəyyənləşdirmək olur. Hə, bir də ki, mövzu Kəramətdir axı, mən də Kəramətlə bağlı yazmışam.

            • Anonim
              asi · 24 Mart 22:1910

              Burada hamı mövzu ilə bağlı, yəni Kəramətlə bağlı yazıb( sizdən başqa)..Bəs etirazınız nəyə idi onda?? Dünyanın dağılması üçün səbəb yoxdur axı bu səhifədə..Insanlar kimisə müzakirə edirsə, bunun nəyi pisdir?? Kəramətin əvəzinə Rövşən Abdullaoğlu olsaydı, müzakirənin məzmunu fərqli olardı..

            • Anonim
              asi · 24 Mart 22:2551

              Yaş kateqoriyasına gəldikdə isə, mənim 54 yaşım olması mənə aiddi və yaş insana tənə deyil..Bunu öyrənməyə çalışın..Fikirləşin ki, rişğənd etdiyiniz yaş kateqoriyasına çatmamaq da var qismətdə..

            • Anonim
              Əsranur · 24 Mart 23:1430

              Asi,amma,yazılagından demək olmaz ki,bu gün sabah tortun üstündə 60 dənə şam üfürəcəksən.Çağırarsan,protez dişimi bərkidib şamı söndürməyə köməyə gələrəm,yoxsa,tortun üstünə zada düşər-biyabır olaram))))))

      • Anonim
        Əsranur · 24 Mart 20:3590

        Kəramət də bizim kimi yaradıcılığına hər mövzuda şərh yazmaqla başlasaydı,indi söyüş alnına yazılmazdı.Həm də ki,rişxənd eləmə,bala.Nə bilmək olar,bəlkə 5-10 ilə biz də roman yazarlq:)))))

        Cavab yaz
        • Anonim
          Qasım · 24 Mart 20:4847

          Əsranur adlı şərh yazana isə cavab verməyi özümə uyğun bilmirəm.

          Cavab yaz
          • Anonim
            Əsranur · 24 Mart 21:0950

            :))))))))))))Nəsibə xanım demiş-Gör nə qalmışam,begənmir bu da məniii:))))))Afərin.Mənim üçün əsas mənim dediyim sözdür.

            Cavab yaz
            • Anonim
              Qasım · 24 Mart 23:0600

              Dağlı, yenə "Qazım" yazdım, bu dəfə mötərizə niki ilə. Nə deyim vallah. Heç kəsin adını lağa qoyacaq səviyyədə deyiləm. Uğurlar sizə.

            • Anonim
              Qasım · 24 Mart 23:0900

              Yazdız *

  • Anonim
    Acı · 24 Mart 20:4823

    Allah hər bir kişiyə oğul çiynində qetməyi nəsib etsin. Həmeşəki kimi Əsin fikirləri super. Qasım, sən də düz deyirsən.

    Cavab yaz
  • Anonim
    20.35-ə · 24 Mart 20:5310

    ))) Allah güldürsün səni..supersən...tutarlı cavablar kraliçası...

    Cavab yaz
  • Anonim
    orbet. · 24 Mart 20:5551

    Bağın meyvəsinə bağban cavab verdiyi kimi, uşağın da tərbiyəsinə onu böyüdən valideyni cavab verməlidir. Kimdən kimə şikayət olunur.. Bəlkə bir az düşünüb nəsə yazasız?

    Cavab yaz
    • Anonim
      Səidə · 24 Mart 21:2316

      Nə tərbiyə-tərbiyə deyirdiz.Şərhləri oxuyuram.Hamı aglına nə gəlib yazır.Kəramət Yazıçılar birliyinin üzvi imiş.Kitabları var.Öz şəxsi fikirlərin yazıb.Düzdü bu fikirlərlə mən də.razı deyiləm.Xəlil Rza haqqında agzına gələni yazmaq xəyanət deməkdi.Amma bu o demək deyil ki buna düzgün tərbiyə veməyiblər.Onun şəxsi düşüncəsidir.Bu fikirlərinə görə onu Yazıçəlar birliuindən də çıxarıblar.

      Cavab yaz
      • Anonim
        orbet. · 24 Mart 22:1531

        21:23."Ayı qandı kürd qanmadı" Konkret şəxsin tərbiyəsindən söhbət getmir, uşağı böyüdən valideyn ondan şikayətlənirsə, ilk növbədə özündən şikayətlənməlidir, özünün "məhsuludur".

        Cavab yaz
    • Anonim
      Əsranur · 24 Mart 22:1250

      Orbet,heç də həmişə yaxşı atadan yaxşı oğul,ya da pis atadan pis oğul törənmir."Avara"hind filmində deyildiyi kimi -Prokurorun oğlu prokuror,oğrunun oğlu oğru olar"fikrinin yanlış olduğu elə o filmdə isbat olunub.Bəzən əxlaqsız qadından əxlaqlı qız,əxlaqlı anadan əxlaqsız övlad törəyir.Mühitin,çevrənin rolunu gözardı etməyək.Əlbətki tərbiyə başlıca amildir,amma,istisnalar da az deyil.Gen də öz rolunu az oynamır.

      Cavab yaz
      • Anonim
        orbet. · 24 Mart 22:3831

        Əsranur xanım, tərbiyənin bönövrəsi ailədə qoyulur, uşaq gözün açıb meymun görsə meymun kimi hərəkət edəcək. Təhsil başqa amildir. Uşağa xarici mühitin mənfi təsiri ola bilər, amma valideyn uşağını 18 yaşına qədər cəmiyyətdə olan mənfi amillərdən qoruyub müsbətlərə yönəltməlidir. 3 uşaq varsa, onlardan 2 si yaxşı 1 pis olubsa, valideyn əmin ol ki, pis olanın tam tərbiyəsi ilə məşğul olmayıb nəzarəti həmin uşaqda zəif olub ki, mühitdə olan mənfilər ona təsir edib. Tərbiyə, nə təhsil nə də xarakterdir və sırf ailədə insana aşlanır.

        Cavab yaz
        • Anonim
          Əsranur · 24 Mart 23:1120

          Orbet,gənc dost,3 tərbiyəli övlad böyütdüyümə görə,sözlərində haqq görürəm.Amma,bəzən ata olmur,ana atanı əvəz etmək üçün işləmək məcburiyyətində qalır.Onda 2 uşaq yaxşl,1 i bəd çıxırsa,burda birbaşa valideyni günahlandırmaq olmaz.Çünki,həyatda əlacdızlıq da var.Papatya dediyi kimi,hər uşağın öz dərketmə qabiliyyəti var.

          Cavab yaz
  • Anonim
    Acı · 24 Mart 20:5754

    Ailə məsələsidir, hirslənib yazıb. Belə də atası bilər, oğlu bilər. Araya qirib iylənənlərdən olmayın.

    Cavab yaz
  • Anonim
    QQ · 24 Mart 21:2143

    Kəramətin evdə ailədə necə bir övlad oldugunu deyə bilmərəm.Ancaq həmkarım Qəşəm Nəcəfzadənin övladından nədən bu qədər narazı oldugunu da deyə bilməsəm də,məncə Kəraməti tanımaq üçün FB səhifəsində onun paylaşdıgı paylaşımlarını nəzərdən keçirmək kifayətdir ki ,anlayasan ki bu oglanda başqalarından fərqli nə isə daha güclü bir düşüncə var.O zəmanə adamı deyil .Zamandan daha geniş düşüncəyə malikdir.Nəsiminin qəzəlində deyildiyi kimi ,,Məndə sıgar iki cahan , Mən bu cahana sıgmazam" Bu insanı dərk eləmək üçün bəlkədə daha geniş təfəkkürə malik olmaq lqzımdır....Mpvlud da belə idi. Onların bu dünyadan nə umduqlarını ,nə istədiklərini isə bizlər yəqin ki ,bütün zəmanəsinə sıgmayan və sonradan dahi kimi tanınan bir çox şəxsiyyətlərdə oıdugu kimi heç zaman bilə bilməyəcəyik. FB səhifəsindəki paylaşdıgı yazılardan bu insanın dərin düşüncə sahibi ,agıllı ,dərrakəli ,savadlı bir insan oldugu görünür....Narahat, dar çərçivəyə ,ampulaya sıgmayan ,zamandan yuxarıda dayanan adam təsiri bagışlayır. Bəlkə də o

    Cavab yaz
  • Anonim
    QQ · 24 Mart 21:2533

    Bəlkə də onu ona görə hər kəs anlaya bilmir.Əsil şair ruhu da budur .Hər kəs üçün adi olanı əsil şair ruhu qəbul edə bilmir.Şair ruhu sanki göylərdən yerə insanlara baxır ,və çox şeyin dogru ,yerində olmadıgını görür və etiraz edir....Bu oglanda nə isə daha dərin bir dərketmə var məncə...

    Cavab yaz
    • Anonim
      Ay xanim. · 24 Mart 22:0220

      Ozunuzde deyirsiniz ki onda olanin ne olduqunu siz de bilmirsiniz.Ona gore oznuzu incitmeyin

      Cavab yaz
  • Anonim
    Seideye · 24 Mart 21:3521

    Bu baw ayaq yazdiqin werhinden ozun nese bawa duwursen? Cetin.

    Cavab yaz
  • Anonim
    Papatya · 24 Mart 22:4320

    Çağdaş edebiyyatla maraqlanmadiğim uçun, bu genci tanimamişam. 84 şerh alan bir xeberin qehremani maraqlandirdi meni. Elemeyib tembellik araşdirdim cox az. Ali tehsilli, romanlari, şeirləri olan biri imiş. Neyse bir iki şeiri oxudum. Agacdan, gul çicekden, qadinin servi boyun terif eden seirləri sevmirem. Derin menali, setiralti ifadeleri olan, içinde mesaj veren şeirleri sevirem. Şairdirse eger bu adam bunu bacarmadiği deqiqdi. Şairde poetik qabiliyyet mutleq olmalidi. Soz yigini yox. Belke de çagdaş edebiyyatda yolverilendi bilmirem, her halda menim zovqumde deyil. Genclerin azadfikirli, sozunu çekinmeden deye bilmeyi beyenilendi. Amma edebiyyat adamini ferqlendiren onun bunu başqa şekilde çatdira bilmesidir .ustaliq da budur. Hele cox gencdir..yaş aldiqca deyişeceyini umuram. O ki, qaldi atasi ile munasibetine. Ata ile ovlad arasinda munasibet ana ile olduğu kimi olmur. Uşaqliqdan soyuqluq yarandisa, sonra bu divari aşmaq çetinleşir. Bir atani olende de gelme demeye vadar eden şey co ciddi sebeb olmali

    Cavab yaz
  • Anonim
    Papatya · 24 Mart 22:5340

    3 usaq var, noldu ikisi yaxsi oldu, biri pis demek olmaz. Valideyn bele dusunmemelidi. Birinin agli, derketmə qabiliyyeti, psixologiyasi eyni ola bilmez axi. Ferdi yanaşmaq lazimdi. Her halda insan hansisa bir hedde birden bire gelib çatmir. Bir atanin bele sozler demeyine pis oldum. Oğulun ise bir şekilde atasini bu dunyadan ondan razi halda koçməsine şerait yaratsa yaxşi olar deyə duşunurem. Deyesen ozu de atadir axi, sozu geden Keramet.

    Cavab yaz
  • Anonim
    Papatya · 24 Mart 23:3630

    Vaxti ile M.F.Axundovun da Fizulini şair kimi qebul etmədiyini oxumuşdum bir meqalede. Bu da oz dovrune gore çagdaş bir dusunce idi. Amma biz indiki zamanin oxuculari her ikisini sevir, qiymetlendirir, deyerlendiririk. Bu Kerametin nece nece iller sonra edebiyyatda yeri ne olacaq sualini da duşundum. Sonra cavab ustunde baş sindirmaqdan imtina etdim) Neyse.. Allahdan atasina şefa dileyirem.

    Cavab yaz
  • Anonim
    Terane · 25 Mart 00:3300

    Senin boyunu yerlerden yerlere soxum , ay bele evlad. Gor yazig atani ne gune chatdirib ki, yana yana bu sozu evladi hagginda yazib. Can ay ata, Allah senin omrunu uzun etsin. Sen bu sudu xarab axmag adama fikir verme, ele bil ki, olub gedib, hech bele adam yoxdur. Oz kefinde damaginda ol. Allah vurmushdu bele evladi , bele alchag uchun yanmaga deymez.

    Cavab yaz
  • Anonim
    ... · 25 Mart 02:2625

    Camaatın şerhinin altında qırıldatmaqdan qorxuban musteqil şerh yazıram (hercend unuduruq ki, hamiliqla muellifin meqalesinin altinda qirildadiriq, hem de ki şerh bölmesi axı, açıqdır, bizim ise söz azadlığımız var, her ne ise.. ). Kəramət bəy Böyükçölün müdafiəçisi qismində yazıb, sizlərə bildirmək istəyirəm ki, yaşlı kadınlar və sütül oğlanlardan bəhs edən ədəbiyyat nümunəsinin müəllifi bədbəxtlikdənmi, ya xoşbəxtlikdənmi müttəhim kürsüsündə əyləşdirilmiş kəsin özü deyil, imkan verməsələr də, şəxsən özü etiraf edib ki, yaxın bir arkadaşı, dostudur. Sözümün canı, əməl elmdən sonra olmalıdır.

    Cavab yaz
    • Anonim
      Sizə · 25 Mart 12:1020

      Allah şəfa versin

      Cavab yaz
  • Anonim
    Hoqqa · 25 Mart 10:2130

    Bu canlı (insan deməyə dilim gəlmir) atasına qənim kəsilib, bu millətə də qənim kəsilmək istəyir. Bu canlıya fikir verməyin. Allah atasına şəfa versin. Bəlkə bu canlının insana çevrildiyini görə.

    Cavab yaz
  • Anonim
    Molla baci · 27 Mart 13:2000

    Men Keramettin fikirlerini beyenirem .şexsi heyati meni maraqlandirmir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.