Cəmiyyət

Cəbhədən XƏBƏR VAR

24 Mart 2019 10:10
3 Şərh     Baxış: 500

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    İbrahim · 24 Mart 10:5310

    Ermeni digasi bizim dovleti qorxaq adlandırıb, heç olmasa ates açan dusmenin layiqli cavabini verin...

    Cavab yaz
  • Anonim
    Ibrehim · 24 Mart 11:1410

    Erməni digasi dövlətimizi qorxaq adlandirmasi özünü göstərir, niyə güclü ordumuz dusmenlerə layiqlisin cavab vermir?????

    Cavab yaz
  • Anonim
    Melek b · 24 Mart 11:2232

    Tanri sizleri qorusun Azerbaycan esgeri.Amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.