Cəmiyyət

Bakıda gecə qadın bir hərəkətilə hər kəsi qorxuya saldı

23 Mart 2019 22:57
1 Şərh     Baxış: 2 457

Ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsində binanın zirzəmisində yaşayan və səfil həyat sürən qadın az qala böyük bir faciəyə səbəb olacaqdı. Zirzəmidə qızınmaq üçün qalanan alov nəzarətdən çıxıb və bloku tüstü basıb. Sakinlərin köməyinə isə yanğınsöndürənlər yetişiblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, binanın zirzəməsində qalanan ocaq, az qala beşmərtəbəli binada dəhşətli yanğına səbəb olacaqdı. Hadisə ötən gün Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində baş verib.

Sakinlərin verdikləri məlumata görə, yanğına binanın zirzəməsində yaşayan və səfil həyat sürən qadın səbəb olub. Onların sözlərinə görə, bu qadın isinmək üçün zirzəmidə tez-tez ocaq qalayır, hətta bəzən özü kimi səfil həyat sürənlər də onunla burada qalırlar.

Hadisə şahidlərinin sözlərinə görə, bu şəxs alovun nəzarətdən çıxdığını gördükdə oradan uzaqlaşıb. Qonşular onu da bildirirlər ki, burada gecə vaxtı bloklarda səfil həyat sürənlərə tez-tez rast gəlirlər.

Yanğın baş verən zaman Binəqədi rayon Polis İdarəsi və 6-cı polis bölməsinin əməkdaşları da əraziyə gəlib və lazımi ölçü götürüləcəyini bildiriblər.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Daglı · 23 Mart 23:4160

    Yazıq Asəf Zeynallı. Gör adını hansı küçəyə veriblər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.