Cəmiyyət

DİN əməliyyatların nəticələrini açıqladı

23 Mart 2019 21:43
1 Şərh     Baxış: 601

Martın 22-dən 23-dək respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 15 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    . · 24 Mart 09:0300

    Kentden qoyun ogurlanib helede tapilmayib.bunlar ancaq oz ciblerine isleyir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.