Cəmiyyət

Qar uçqununa düşən hərbçilərin axtarışı davam etdirilir

21 Mart 2019 20:18
7 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qar uçqununa düşən Azərbaycan ordusunun iki hərbi qulluqçusunun axtarışları davam edir.

Milli.Az Real TV-yə istinadən bildirir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. Hava şəraitinin dəyişməsi axtarışlarda bəzi problemlər yaradır.

Qeyd edək ki, Azərbaycan ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.