Cəmiyyət

Bakı metrosunda bayram konsertləri 3 gün davam edib - FOTO

21 Mart 2019 18:04
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metropoliteninin dörd stansiyasında Novruz bayramı ilə əlaqədar üç gün ərzində konsert proqramı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hər gün səhər saat 11-də "28 May" stansiyasında başlayan proqram daha sonra "Sahil", "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında davam etdirilib.

Proqrama simli kvartetin və milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri, folklor nümunələri daxil edilib.

Bununla yanaşı, martın 19-dan başlayaraq, üç gün ərzində "İçərişəhər" stansiyasında retro vaqonlardan ibarət qatar da nümayiş etdirilir. Bakı metropoliteninin unikal muzey eksponatı olan bu vaqonlar SSRİ metro tarixinin müxtəlif dövrlərini, metro vaqonlarının istehsalı və inkişafı tarixini özündə əks etdirir.

Vaqonlar sərnişinlərin böyük marağına səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.