Cəmiyyət

Bayram günü bədbəxt hadisə nəticəsində öldü - FOTO

20 Mart 2019 23:54
15 Şərh     Baxış: 5 859

Göyçayda bayram günü gənc oğlan bədbəxt hadisə nəticəsində həyatından olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Göyçayın mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, şəhər sakini, Akif Kərimov piyada hərəkətdə olarkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb. Xeyli qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Rayon Xəstəxanasına aparılarkən yolda dünyasın dəyişib.

Ölümün dəqiq səbəbi araşdırmaların sonunda dəqiq bəlli olcaq

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

15 Şərh:

  • Anonim
    ..... · 21 Mart 00:29180

    Allah rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Papatya · 21 Mart 00:30170

    :((( Allah rehmet elesin.

    Cavab yaz
    • Anonim
      Alsu · 21 Mart 09:0770

      Can can yaziq oglan bayrami qara geldi. Allah ailesine sebr, dozum versin. Yeri cennet olsun.

      Cavab yaz
  • Anonim
    Vətəndaş · 21 Mart 02:3250

    Allah rəhmət eləsin əcələ bax eee

    Cavab yaz
  • Anonim
    Cox · 21 Mart 07:1560

    uzuldum . Allah rəhmət etsin .

    Cavab yaz
  • Anonim
    Leyla · 21 Mart 07:4970

    Yanindakilar durub tamasa edince vaxtinda catdirsalardi xestexanaya yeqinki cox qan itirib olmezdi.cunki xestexana cox yaxindi Goycayda merkezi kucelere.Allah rehmet etsin.

    Cavab yaz
  • Anonim
    Mira · 21 Mart 08:1360

    Olume baxda qurban olum Allaha ozi bilen meslehetdi

    Cavab yaz
  • Anonim
    1234 · 21 Mart 08:4670

    Ecelin ne zaman geleceyi belli deyil ki ((( ALLAH rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Aze_Boy · 21 Mart 09:5360

    Nece olduki agac basina dusen bir genci hekimlerimiz xilas etmeyi bacarmadilar.

    Cavab yaz
    • Anonim
      Hell · 21 Mart 11:2640

      Allah rehmet elesin. Ama hele tam deqiqlewecek xeberin axrinci cumlesi. Yaniki hele ta deqiq deyil agac...

      Cavab yaz
    • Anonim
      Allahin · 21 Mart 11:4840

      iradesi qarsisinda hekim ne karedir ki.

      Cavab yaz
    • Anonim
      (((( · 21 Mart 14:5210

      Yolda ölüb elə, diqqətlə oxu

      Cavab yaz
  • Anonim
    asi · 21 Mart 10:5560

    Rəhmət diləyirəm..Heyif, çox gənc imiş((.. Belə xəbərlərdə mərhumun şəklin açıq verməyin heç olmaya..Başqalarını deyə bilmərəm, bütün günü mənim gözümdən getmir, " kaş ölməyəydi" fikirləri beynimi qarışdırır..Ailəsin, anasın düşünürəm gün ərzində..

    Cavab yaz
    • Anonim
      Papatya · 21 Mart 12:0350

      Salam asi, eynen inan ki, men de çox.pis oldum. Bir ailenin bayrami qara geldi..Novruz ancaq onlara aci, keder verecek. Hem de kim olur olsun, genc olumleri meni de sarsidir.

      Cavab yaz
  • Anonim
    Metanet · 21 Mart 13:1230

    ecelı catıbmıs, mekani cennet olsun, Allah bilen meslehetdir,cox pis oldum, allah ailesine sebr versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.