Cəmiyyət

Tanınmış azərbaycanlı müğənni məşhur restoranda zəhərləndi

20 Mart 2019 19:11
3 Şərh     Baxış: 3 484

Müğənni Elmira (Emma) Ələkbərzadə getdiyi restoranda zəhərlənib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda sənətçi öz feysbuk hesabında məlumat yayıb.

O, Bayıl ərazisində yerləşən "Riviera" restoranında salat yedikdən sonra halının pis olduğunu, qida zəhərlənməsi yaşadığını bildirib: "Bayılda "Riviera" restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər". Ələkbərzadə "Riviera"ya getməmək üçün hər kəsə çağırış edib, bayram tətilindən sonra məkana gedərək məsələni aydınlaşdıracağını deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    l · 20 Mart 19:4020

    Paho sensasiya yaratmaq lazimdir axi ,unudulmamaq ucun .Ozu de taninmiw e )))))))))))))))))))))))))))))))))))

    Cavab yaz
  • Anonim
    SS · 20 Mart 20:1010

    Vso batdi o restoran

    Cavab yaz
  • Anonim
    ,, · 21 Mart 00:3400

    Camaatın torbasıni tikdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.