Cəmiyyət

Bakı sakinindən tapança və 6 ədəd patron götürülb

20 Mart 2019 18:39
0 Şərh     Baxış: 802

Paytaxtın Nəsimi rayonunda əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Məmmədov saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Z.Məmmədov Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Qeyd olunur ki, şəxsi axtarış zamanı ondan "Revolver" tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.