Cəmiyyət

"Kupça"ların verilməsi ilə bağlı VACİB QƏRAR

19 Mart 2019 10:55
Baxış: 4 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.

Yeni təklifllərdə qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanının elektron üsulla təqdim etdiyi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Çıxarış hüquq sahibinin istəyindən asılı olaraq, elekron imza ilə təsdiqlənməklə "Elektron Hökumət" portalında yerləşdirilir, yaxud digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.