Cəmiyyət

Əfv olunmuş: "Məni ailəmə qovuşdurduqları üçün ölkə Prezidentinə, hamıya minnətdaram"

17 Mart 2019 11:28
Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfv sərəncamının icrası Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində də həyata keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1968-ci ildə anadan olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 20 oktyabr tarixli hökmü ilə məhkum edilmiş Hökməliyev Cabir Məmi oğlu da bu müəssisəsdən azad edilən 49 məhbus arasında var.

Əfv sərəncamı şamil olunmuş C.Hökməliyev Trend-ə bildirib ki, xəstəliyi ilə əlaqədar əfv olunması üçün Əfv Komissiyasına müraciət edib və onun müraciəti nəzərə alınıb.

Keçmiş məhkum deyib: "Cəzamın 2 ilindən azad edilmişəm. Məni ailəmə qovuşdurduqları üçün ölkə Prezidentinə, hamıya minnətdaram".

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib.

Əfv sərəncamı şamil edilənlərdən 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.