Cəmiyyət

Gözəl Bayramlı azadlıqda

17 Mart 2019 10:24
Baxış: 1 064

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, əfv olunan şəxslər azadlığa buraxılıb.

Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı da var.

Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv sərəncamı günün sonuna kimi icra olunacaq. Qeyd edib ki, 4 saylı cəzaçəkmə müəssisəsində 25 nəfər əfv olunub.

Qeyd edək ki, martın 16-də Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Milli.Az 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.