Cəmiyyət

Bakıda tələbələrin təqaüdlərindən pul tutulur

16 Mart 2019 23:17
1 Şərh     Baxış: 1 506

Bakıda tələbələr təqaüdlərinin tam verilməməsindən şikayətçidirlər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yüzlərlə tələbə universitet səhifələrində yazıb. Onlar bildiriblər ki, hər ay təqaüdlərindən faiz tutulsa da, fevral ayında tutulan pulun miqdarı daha çox olub. Belə ki, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetində təqaüdlər 5-10 manat arası kəsilib.

Tələbələr bildiriblər ki, bu pul Tələbə Həmkarlar İttifaqı tərəfindən tutulub. Pedoqoji Universitetin tələbələri isə ümumiyyətlə fevral ayının təqaüdünü almayıblar.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    . · 17 Mart 08:0800

    Tutum butun sahelerde calisanlarda olur telebelerdide zamanla onlarda bu realiga alisacaqlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.