Cəmiyyət

Azyaşlı qızı kafeyə aparıb, aldadaraq cinsi əlaqəyə girdi, amma... - Cəlilabadda

16 Mart 2019 22:28
15 Şərh     Baxış: 6 958

Cəlilabad rayonunda zorlama cinayətində ittiham olunan 1987-ci il təvəllüdlü Murad Əhmədovun (cinayət işi üzrə ad və soyad şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Murad Əhmədov ali təhsil alıb və amma heç yerdə işləməyib. O, yaşadığı Cəlilabad rayonunun mərkəzində, peşə məktəbinin binasında yaşayan yetkinlik yaşına çatmayan Samirə Məmmədovaya təcavüz edib.

Qızla tanış oldu və avtomobili ilə apardı

Belə ki, Murad Əhmədov bir müddət Samirə Məmmədova ilə görüşüb və daha sonra o, Samirəni özünə məxsus "Mercedes" markalı avtomobilinə dəfələrlə təkid edərək mindirib.

Daha sonra Murad Samirəni mal bazarında çayxana kimi istifadə olunan yerə gətirib, onunla orada 5-10 dəqiqə söhbət edəndən sonra onu çayxananın ikinci otağına aparıb.

Mal bazarında təcavüz

Orada Murad Samirə ilə sonuncunun razılığı ilə cinsi əlaqədə olub. Bundan sonra Samirə hüquq-mühafizə orqanlarına Murad Əhmədovun əməli barədə şikayət edib.

İstintaq orqanı tərəfindən Murad Əhmədovun barəsində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət sübuta yetirilmədi

Cəlilabad rayon Məhkəməsinin hökmü ilə Murad Əhmədovun əməli sübuta yetirilməyib. Hökmə əsasən, Murad Əhmədov Samirə Məmmədova ilə zorla yox, razılıq əsasında cinsi əlaqədə olub.

Hakim hökmdə göstərib ki, bu halda təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılmasına yol verilə bilməz. Bu səbəbdən Murad Əhmədovun barəsində bəraət hökmü çıxarılıb.

Prokuror şikayət etdi, hökm dəyişdi

Bu hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində Cəlilabad rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Murad Əhmçədovun barəsində ittihamedici hökmün çıxarılmasını istəyib.

Prokurorun protesti Şirvan Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti apelyasiya protestinin dəlillərini araşdırıb, sonda qərar elan edib.

Qərara görə, prokurorun protesti təmin edilib və Cəlilabad rayon Məhkəməsinin hökmü ləğv edilib. Murad Əhmədovun barəsində 1 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmədə bəraət verdi

Bu qərardan narazı qalan Murad Əhmədov kasasiya şikayəti verib. O, barəsində olan Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş edib.

Murad Əhmədovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin edilib.

Murad Əhmədovun törətdiyi əməl sübuta yetirilməyib və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Milli.Az

loading...

Şərh yaz:

15 Şərh:

  • Anonim
    edalet · 16 Mart 22:39163

    bele bawa duwdum ki az yawli ona bohtan atib??)))Paho mehkeme sistemimiz yaman "edaletli" iwleyib.Bes onda qizi niye çayxanaya aparib.Sozsuz ki qizin arxasinda duran biri yoxdur , ona gore cinayet ort bazdir edilib.Allahin mehkemesinden qaca bilmez.Uzaq getmez yoldaş hakimler.Sizler onun cinayetini ort -basdir etmekde olun.5 kecer allahin hokmu verer.

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 16 Mart 22:5050

    Ciy sobetdi.

    Cavab yaz
  • Anonim
    $$$. · 16 Mart 22:59171

    16 yaşlı bir qızın rayon yerində tanımadıqı birinin maşınında nə ölumu var? İndi onun bu cur səviyyəsiz həyat surməyi yox , gözlərinin dərs oxumaqdan qan qoyası vaxtıydı. Hər kim nə edirsə pis , yaxşı , hamısı onun ailədə aldıqı tərbiyəsinin nəticəsidir!

    Cavab yaz
    • Anonim
      Qaya · 17 Mart 16:3240

      Çünki sahibsizdir-((( Tərbiyə verəni olmayıb, bundan da Mersedesi olan əclaf istifadə edib, bir insanı fahişəliyə sürükləyib-((((

      Cavab yaz
    • Anonim
      kate · 18 Mart 12:4300

      $$$.-a. Hər düşmüş qadının arxasında onlarla onu o bataqlığa itələyən kişi dayanır. Qanunlar azyaşlılar hətta öz zəifliklərindən, axmaqlıqlarından qorumalıdı.

      Cavab yaz
  • Anonim
    Tovuzlu E · 16 Mart 23:54115

    Yiyesizlik bele seydi, yaziq qiz Tecavuz eden azadliqda gezir, ne var ne var arxasinda durani var

    Cavab yaz
    • Anonim
      $$$. · 17 Mart 00:0471

      Duzdur , məhkəmənin qərarı ədalətsizdir , amma qız da gunahkardır . Axı bu qızın nə işi var bu oqlanla ? Yiyəsiz olanda bəyəm gərək belə axmaq hərəkətlər edəsən ? İndi balaca uşaqlar da bilir ki tanımadıqı biriylə hec yerə getmək olmaz ! 16 yaş az deyil ki ... Butun həyatını məhv etdi , bədbəxt oldu .

      Cavab yaz
    • Anonim
      . · 17 Mart 08:1831

      Ay tovuzlu aglina ne geldi danismayin.o qeder pozgun ailelerin qizlari varki pullu oglanlari bir serleme yoluyla teleye qirmagina kecirirler sonrada omur boyu soyurlar.ali mehkemede oturan hakim seni qederde bilmedi ay tovuzlu?

      Cavab yaz
  • Anonim
    Narcis · 17 Mart 00:4213

    Hansi tecavuzden danisirsiz bu meselede???

    Cavab yaz
  • Anonim
    Haqq · 17 Mart 01:2660

    Allah-talah heç bəndəsin köməksiz kimsəsiz etməsin. Amin.

    Cavab yaz
  • Anonim
    Mən · 17 Mart 02:0412

    İnşallah bir vaxt olar onun da başına gələr.qızına kimsə təcavüz edər,ya başqa hadisə başına gələr.Bu cür məhkəmə işçiləri niyə işdən çıxarılmır?

    Cavab yaz
  • Anonim
    Tofiq · 17 Mart 10:5250

    Balam, bəs deyirlər qız yetkinlik yaşına çatmayıbsa, heç bir halda oğlana bəraət verilə bilməzzzz. Yəni araşdırmadan asılıdııı?

    Cavab yaz
  • Anonim
    Qaya · 17 Mart 16:3010

    Amerikada həddi buluğa çatmayanla razılığı olsa belə, cinsi əlaqə cinayətdir, məsuliyyətə cəlb olunur, yazılır azyaşlı, sonra deyilir ki, öz istəyi ilə, sonra heç yerdə işləmir, Mersedesi var, belə fokusları Azərbaycandan başqa harada görmək olur?

    Cavab yaz
  • Anonim
    GULNARA · 17 Mart 19:1800

    senin kimilerin bele qizlari baslarini bedenlerinden uzerdim,sizin kimi uтanc verici оvladlari Allah verince,vermesin,seni masina minende hec kim gоrmedi?evdekilerin sene ehsen dediler?

    Cavab yaz
  • Anonim
    kate · 18 Mart 12:4100

    Deyirəm Amerikalılar bizdən qeyrətli millət vallah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.