Cəmiyyət

Satirik şair Tofiq Həsənov da əfv sərəncamına düşdü

16 Mart 2019 20:28
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında həbsdə olan satirik şair Tofiq Həsənovun da adı var.

Milli.Az modern.az-a istinadən bildirir ki, Tofiq Həsənov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2016-cı il hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

T.Həsənov vəzifəli şəxsləri tənqidi şerləri ilə məşhurdur. O 2000-ci illərdə lisenziyası ləğv edilmiş ANS televiziyasının "Qulp" verilişində, "Millətin Səsi" və "Xural" qəzetlərində çıxış etdiyi tənqidi şerləri ilə məşhurlaşıb. Şair 2005-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Amnistiya Aktı əsasında azadlığa buraxılıb.

T.Həsənov azadlığa çıxdıqdan sonra tənqidi şerlərini davam etdirib. O sosial şəbəkələrdə şerlərini dərc etdirib və öz səsi ilə Youtube şəbəkəsində yayıb.

2015-ci il oktyabrın 12-də T.Həsənov yenidən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.