Cəmiyyət

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə ağacəkmə aksiyası keçirilib - FOTO

16 Mart 2019 16:16
Baxış: 335

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aksiya "Bu yaz özün bir təbiət yarat!" devizi ilə başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil edilib.

Yaz ağacəkmə aksiyasında 2,5 hektar ərazidə 1600 badam ağacı əkilib.

Əkilən ağac tingləri ETSN-nin "Azəryaşlandşaft" ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin şəhər nəqliyyatının inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də paytaxtın ekoloji durumunun yaxşılaşdırılması işinə töhfə verməkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.