Cəmiyyət

“Şəxsi məlumatları paylaşmaq olmaz” - Millət vəkili onlayn oyunlarla bağlı xəbərdarlıq etdi - VİDEO -

16 Mart 2019 15:44
0 Şərh     Baxış: 1 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Günəş"in efirində yayımlanan "Kiçikdən-böyüyə" verilişinin qonaqları millət vəkili Sevinc Fətəliyeva və 9 yaşlı Arzu olub.

Milli.Az bildirir ki, Sevinc xanım söhbət zamanı uşaqlıqda həkim olmaq arzusundan danışıb:

"Əvvəlcə həkim olmaq arzum var idi, bir müddət sonra isə müəllim olmaq istəyirdim. Daha sonra musiqi ilə məşğul olurdum, musiqiçi olmaq istəyirdim. Sonra həyat elə gətirdi ki, mən Xarici Dillər Universitetinə daxil oldum və orada müəllim kimi çalışdım. Uşaq vaxtı kitab oxumağa meyilli idim".

Sevinc xanım söhbətin davamında uşaqları onlayn oyunlardan uzaq durmağa səsləyib:

"Uşaqlar onlayn oyunlar oynayanda oradakı təhlükələrə qarşı diqqətli olmalıdırlar. Burada qəti şəkildə şəxsi məlumatları paylaşmaq olmaz".

Balaca Arzu isə sehirli çubuq arzuladığını dilə gətirib:

"Sehrli çubuğum olsaydı, insanları sevindirərdim. Onlara yaşadığı bədbəxt hadisələri unutdurardım".

"Kiçikdən-böyüyə" verilişi hər həftənin cümə günü saat 18:45-də "ARB Günəş"də yayımlanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Şəxsi məlumatları paylaşmaq olmaz" - Millət vəkili onlayn oyunlarla bağlı xəbərdarlıq etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.