Cəmiyyət

“Elçin 2 ildir boşanıb, əlaqəsi olsaydı, Aysellə evlənərdi” - Vəkil danışdı

16 Mart 2019 14:21
27 Şərh     Baxış: 6 102

Son günlər media gündəmini zəbt edən müğənni Aysel Əlizadənin də adı hallan ailə münaqişəsi ilə bağlı ittiham olunan iş adamı Elçin Nəcəfovun vəkili iddialara münasibət bildirib.

Milli.Az bildirir ki, vəkil Xəyal Bəşirov qafqazinfo-ya açıqlamasında bildirib ki, müvəkkili E.Nəcəfov və Turanə Nəcəfova 2004-cü ildə rəsmi nikaha daxil olublar, 2 il əvvəl isə rəsmi olaraq boşanıblar:

"Elçin Nəcəfovun ailəsinin nikahını pozan müğənni Aysel Əlizadə deyil. Bu iddia əsassızdır, elə olsaydı, onlar bu iki il ərzində evlənərdilər. Hazırda Aysel Türkiyədə, Elçin isə Bakıda yaşayır. Bu da sübut edir ki, bu iki şəxsin ən azından bu gün münasibəti yoxdur".

X.Bəşirov uşaqların qəyyumluğu ilə bağlı da danışıb:

"Ali məhkəməyə qədər uşaqların anada qalması qərarı qüvvədə olub. Məhkəmə prosesi zamanı böyük uşağın 9 yaşı var idi, ama indi 11 yaşı var. 2018-ci il oktyabrın 1-də Zeynəbin 10 yaşı tamam oldu, qərar isə oktyabrın 18-də verildi. Qanunvericiliyə görə, uşağın 10 yaşı tamam olduqdan sonra özünün fikir mütləq dinlənilməli və nəzərə alınmalıdır. Amma Ali Məhkəmədə bu nəzərə alınmayıb. Zeynəb aşağı isntansiya məhkəmələrində də anasından qorxduğunu, onu istəmədiyini deyib. İndi də atası ilə qalmaq istədiyini bildirir. Sadəcə, həmin zaman 10 yaşı tamam olmadığı üçün fikri nəzərə alınmayıb. Uşağın 10 yaşı tamam olduqdan sonra biz yeni iddia qaldırdıq və hazırda Nərimanov rayon məhkəməsində iş gedir. Zeynəbin anasına verilməsinin icra olunmamasına gəldikdə isə biz yeni iddia qaldırdığımız üçün qərarın icra olunması məcburi dayandırılıb. Bu qanunun tələbidir.

Qarşı tərəf icra məmurlarının öhdəliklərini yerinə yetirmədiyini deyir, ama həmin məmurlar Elçin Nəcəfovdan 15 gün ərzində 10 min manata yaxın aliment tutub qarşı tərəfə ödəyiblər".

Vəkil müvəkkilinin biznesi və varidatı haqda da açıqlama verib:

"Elçin Nəcəfovun avtosalonu yoxdur, sadəcə obyekt icarəyə götürüb işlədir. Maşınını satmaq istəyən şəxslərin avtomobillərini həmin salona qoyaraq satışını təşkil edir. Onun tikinti şirkəti olması, Ayselə "Porshe" alması yalan məlumatdır. Elçin Nəcəfov milyonçu deyil, o maşın da Ayselin özünündür.  Məhkəmədə mülkiyyətin bölüşdürülməsi zamanı da Elçin Nəcəfovun varidatı rəsmi olaraq ortaya çıxdı. Cəmi iki əmlak müəyyən olundu. Bakıdan kənarda yerləşən torpaq sahəsi və "kupça"sı olmayan mənzil var idi. Biz  qarşı tərəflə razılığa gəldik ki, Türanə Nəcəfovaya bir mənzil alınacaq və bununla da barışıq sazişi imzalandı".

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və onu ailəsini dağıtmaqda ittiham etmişdi.

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Zeris · 16 Mart 14:46442

    Siz dediniz bizdə inandıq.bu qadın deli deyilki çıxıb efirdə özünü biabır etsin.olubki bu danışırda.niye başqa müğənninin yox ayselin adını çəkir. ? Demək od olmayan yerdən tüstü çıxmaz. məgər onlar hər münasibətdə ailə düşünür ki. ?indide deyirlər kişinin heç nəyi yoxdur.hər halda ən düzünü həyat yoldaşı bilirki neyi olub ərinin neyi yox.ola bilerki öz adında deyil.amma hamısı onundur.

    Cavab yaz
  • Anonim
    Rena220 · 16 Mart 14:491141

    Aysele nifret edirem.Amma bu qadinda cox nursuz qiliqsiz cansixici qadindi.El cekde bir kisi eger bir xanimi sevmirse onun ucun dehsetdir bir qadinla yasamaq.Senin danisiqin bele meni xanim kimi eseblesdirir.Yaziq bezi kisiler.bezdirmeyinde.gedendende sonra baslayirsiz min hiyleye el atirsiz.inanin bu qadinlarin 2 ninde uzunden ikrah edirem.

    Cavab yaz
    • Anonim
      DF · 17 Mart 02:1290

      UTANINA BU NE DANISIQDI OZ HEMCINSINIZE QARSI.SIZDE DEYESEN EV YIXANSIZ AYSEL KIMI

      Cavab yaz
  • Anonim
    Dilarə · 16 Mart 14:57944

    Kişi boşanıb səndən də ay arvad.rahat burax onu da.nəinki gəzə hətta rəsmi surətdə evlənə də bilər.sivil dünyada yaşayırıq.10000 aliment də verib sənə.nə istəyirsən.keçmiş ərin Alen Delondir ki 25 yaşlı qız sino getsin onun üçün?

    Cavab yaz
    • Anonim
      mamuska · 16 Mart 15:51392

      10000 man aliment nece vaxtdir yigilib qalmis alimentin meblegidir,vaxtinda vermeyib,basi qarisiq olub Aysele,qadin da teleb edib odetdirib.ikincisi de,Elcinin vekilinin arvadi bile bilmez Elcinin neyi var,neyi yoxdur.bunu ancaq Elcinin arvadi biler..emlakini,obyektlerini basqalarinin adina qeydiyyatdan keciribse,demek ki,Dovletin vergi ve rusumundan yayinib..bunun ozu bir cinayet emelidir.Elcine demek isteyirem ki,gelen mehkeme instansiyalarinda ozune savadli vekil tutsun,daha bagca usagini da inandirmaga qabil olmayan vekille ozunu biyabir etmesin.

      Cavab yaz
    • Anonim
      RR · 19 Mart 12:3900

      Hansı səbəbə uşaqlarını atasız böyütməlidi?Nədi-nədi könlünə gənc qız düşüb.Onda hər pulu olan ailəsini atsın gündə bir arvad alsın.Elə bilirsiz çox asandı gəncliyini ailısinə,yoldaşına hısr edib,yarı yolda ayrılmaq?

      Cavab yaz
  • Anonim
    Yusif · 16 Mart 15:24392

    Şerlemeyin namuslu qadini.Uşaqlari eri ailesi üçün mübarize aparir bu qadin.Terezinin gözüne Ayselide qoy Turanenide.Allah qarşisinda insanlar qarşisinda,Aile Analiq Vicdan Əxlaq.....hansinda var.Daha çoxdu demirem.Cünki bunlarin heçbiri aile dağidan qadinlarda olmur

    Cavab yaz
  • Anonim
    ziyali · 16 Mart 15:241911

    Şakaya pul lazim oldugu kimi,Xoşuya da reyhtinq lazimdir.

    Cavab yaz
  • Anonim
    @@@ · 16 Mart 15:59203

    Hərənin ağzından bir avaz gəlir. Vəkil dedikləri həqiqətdirsə onda bu qadının nə maragı var Ayselin adını çəkir? Aysellə nə düşmənçiliyi var? Həm də iki il qabaq rəsmi boşanıblarsa onda bu vaxtakimi Elçin Aysellə niyə biryerdə deyil? Yaxud Ayselin adı nahaqdan hallanıbsa Aysel özü ya bir yaxını niyə səsini çıxartmır. Axı onlar studiyanı qadının başına tökməliydilər əgər böhtan atırdısa.

    Cavab yaz
    • Anonim
      Afa · 16 Mart 16:15230

      Böhtan deyil Aysel aldigini alib Elcinden ve onunla evlenen deyil ele sevgili kimi yasayacag. Bu günden sonra hec evlenmez dahada elinde kozur oldu Elcine garsi. Deyecekki bu biyabirciligdan sonra hec olmaz deyecek. Yetimde galacag yetim. Hörmetli vekil Xosgedem xanimda evlidi oda Bakida yadayir Dogus beyde Türkiyede cünkü her ikisi öz ölkesinde isleyir gözelde ailesi vsr. Ayselde osi ücün geyib Türkiyeye Elcinde Bakida isleir ve Aysele sponsorlug edir vessalam. Guranenin dünya görmüs nenesi var o agbircek nene ora cixibda demeki hegigetdi söyleniöenler

      Cavab yaz
      • Anonim
        @@@ · 16 Mart 16:4253

        Mən demədim ki qadın böhtan atır. Dedimki onlar studiyanı qadının başına tökməliydilər əgər böhtan atırdısa. Kim kimə yalandan böhtan atıb deyə bilərki filankəs ailəmi dagıdıb? Onun başına tökərlər dünyanı. Elçin Aysellə biryerdə olmayacaqdısa, Aysel onunçün bir oyuncaq idisə, elə kənardan sponsorluq edəcəkdisə, onda ailəsini dagıtmazdı. Deməli bu Elçinə maraqlı olmayıb ailəsini qorumaq. Fikrim çatdı sizə?

        Cavab yaz
      • Anonim
        rrrr · 16 Mart 23:1370

        Yuva yixanin yuvasi olmaz Aysel xanim .

        Cavab yaz
  • Anonim
    N. · 16 Mart 16:53310

    O qadın kişini rahat buraxıb sadəcə uşagını istəyir!!!

    Cavab yaz
  • Anonim
    N. · 16 Mart 16:55150

    O qadın kişini rahat buraxıb,sadəcə uşaqını istəyir!!!

    Cavab yaz
  • Anonim
    Kamilla · 16 Mart 17:46230

    Usagini isteyir. Kisini istemir ki... Aysel atasi yasda kisini pulunu isteyir....ere getmek yoxxxx.

    Cavab yaz
  • Anonim
    gidi dunya · 16 Mart 18:12140

    Ay vekil sen canin sen diplom alanda kimin canina and icmisen-maraqlidir.?))))))Ay ,- ey -vekil senin arawdirdigin bu iwi yeniden bawqasi arawdirsa/ancaq vicdanli wekilde/mesuliyyetden qaca bilersenmi??)))))Don geydirme,o dunya sohbeti var.Vallahi bu dunyada pul alib ,min cur don geyinire bilersen,amma o biri dunyada Allah kiwinin yazilmamiw qanunlari hokm edir.Haqqa zaval yox,cekseler min dara onu....Duzunu demek baw ucaligi.yalana ,iftiraya susamaga werefsizlik getirir.

    Cavab yaz
    • Anonim
      Afa · 16 Mart 19:32110

      Bezi vekillerde Ayselkimi insanlara benzeyir yeterki pul olsun. Edl vekil ose baxar ve sonra gebul eder.

      Cavab yaz
  • Anonim
    m.n · 16 Mart 18:4880

    Bu evli kisilere goz dikenler ne gorubler axi onlarda.usaqlarinin agzinin ruzusuna o masinlari evleri aldiranda ne fikurlesirler bunlar.hec olmasa roya safura aysel teymurzade kimi tam bosanannan sora ere gederdin. de axmaq.hele mellime anasi o boyda pullari gorende sorusmadi hardandi.indi danisir.

    Cavab yaz
    • Anonim
      Adem · 16 Mart 19:4460

      Aysel izadibde evliliyi. Hec vaxtida onunla evlenmez Özünü tutub Bakida evi Novxanida bagi masini. Bu ses küyden sonra heccc evlenmez

      Cavab yaz
  • Anonim
    Предсмертное желание · 16 Mart 20:5880

    Bu vekil ozu bildi ne danishib??

    Cavab yaz
  • Anonim
    Xuxu · 16 Mart 21:0780

    Bu mugenniler bele weylere gore seneti olmadan mewhurlawirlar da.sponsorlar.......

    Cavab yaz
  • Anonim
    @@@ya offf · 17 Mart 00:1923

    Sən yazma da burda ..zəhlə tökursən e ĕməlli başlı li başlı

    Cavab yaz
    • Anonim
      @@@ · 17 Mart 10:0732

      Ay qız, sənin başın xarabdı? Kefim istəyəndə yazacam, istəməyəndə yazmayacam. Sən kimsənki elə mənə komanda verəsən? Adsız niklə şərhlərimin altında dolaşma. Get işinlə məşğul ol.

      Cavab yaz
    • Anonim
      @@@ · 17 Mart 10:2431

      00-19, Ayşən söhbətindən sonra sən yaman əsəb krizi keçirirsən? Allah köməyin olsun.

      Cavab yaz
  • Anonim
    QQ · 17 Mart 01:5630

    Xoşqədəm Hidayətqlzı illərin təcrübəsi olan jurnalist və hüquqşünasıdır .O sübutu olmayan heç nəyi efirə verməz .Həm də onyn yanında təcrübəli vəkillər var ,hec zaman onların rəyi olmasa Xoşqədəm xanım əsası olmayan bir işi müzakirəyə çıxarmaz .Yaxşı haldır ki,Xoşqədəm və Zaur Baxşəliyevlər götürdükləri işi başa çatdırmasalar əl çəkmirlər .Sag olsunlar .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.