Cəmiyyət

Siqaret satışı ilə bağlı MÜHÜM QƏRAR

16 Mart 2019 09:59
0 Şərh     Baxış: 3 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tütün məmulatları satan şəxs tütün alan yetkinlik yaşına çatmayan şəxsdən şəxsiyyət vəsiqəsi tələb edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklik edib.

Bu dəyişikliklə qaydalara yeni bənd əlavə edilib.

Həmin əlavədə qeyd edilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.