Cəmiyyət

Tələbə yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun - Vitse-spiker

16 Mart 2019 08:28
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parlamentdə tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu təkliflə Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov çıxış edib.

Vitse-spiker bununla bağlı "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə MM tərəfindən qanun qəbul olunub.

"Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur: körpülər, tunellər, hava limanları tikilir", - deyən V.Ələsgərov bildirib ki, MM bu qanuna əlavələr edərək, tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.