Cəmiyyət

Sosial şəbəkədə qızları fahişəliyə cəlb edən gəncdən YENİ XƏBƏR

15 Mart 2019 21:18
7 Şərh     Baxış: 7 227

Facebook sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək pul tələb edən, qızları fahişəliyə cəlb edən Faiz Bastrakovun barəsində həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının təqdimatına baxılıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanını təqdimatı təmin olunub və Faiz Bastrakovun barəsində həbs müddəti 2 aya qədər artırılıb.

İttihama görə, Bakı şəhər sakini Faiz Bastrakov Facebook sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən ilin dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib. Elandakı bütün bu yönəltmələr adi bir tələ yemi olub.

Faiz Bastrakov sadəcə, qızları və qadınları iş haqda "söhbət" adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.

O, qızlar və qadınların bəzilərini Facebookda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onlar şantaj edib.

Bundan başqa, Faiz Bastrakov bəzi qadınları güclü ruhi həyəcan təsiri altına düşməklə döyüb, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Faiz Bastrakovun barəsində Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda istintaq davam edir.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Aki2 · 15 Mart 21:2932

    Haqq eliyib, bes qizlarin agili hardadi bes

    Cavab yaz
    • Anonim
      Əsranur · 15 Mart 21:40123

      Qızların ağlı deyəndə,kişilərin qeyrətini-şərəfini də deyin.Bir qadın bir kişinindir.Bu qadın bu kişinin adam kimi adam olduğunu necə bilsin bəs?Əsl kişinin başında əncir ağacı olmurki tanıyaq.Qadın zərif cinsdir,kişinin şərəfi olsun.Kişilər kişi kimi kişi olarlarsa,nə aldanan,nə zorlanan,nə əxlaqsızlıq edən qadın olmaz.İnanıblar,aldanıblar.Allah pis insanları cəzasız qoymasın.Amin deməyən dillər qurusun:)

      Cavab yaz
      • Anonim
        ~~~ · 15 Mart 22:4810

        Amin :) Lap ürəyimdən tikan çıxdı,elə doğru yazmısız.

        Cavab yaz
        • Anonim
          Əsranur · 15 Mart 23:0212

          Birini də özüm deyim-Amin..Boğazımda quruluq hiss elədim:))))Həmfikir olmamız sevindirir məni,Dalğa.

          Cavab yaz
          • Anonim
            ~~~ · 15 Mart 23:2600

            Çox vaxt həmfikirik Əsranur xanım ,xüsusən bu kimi mövzularda.

            Cavab yaz
            • Anonim
              Əsranur · 15 Mart 23:3000

              ❤❤❤

  • Anonim
    . · 15 Mart 23:3020

    Bu alcagi dilinden asmag lazimdi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.