Cəmiyyət

BMT və ISESCO nümayəndələri “ASAN xidmət”də - FOTO

14 Mart 2019 22:58
0 Şərh     Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqerin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.

Agentlikdən Milli.Az-a bildiriblər ki, görüşlərdə tərəflər arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

ISESCO-nun baş direktoru ilə keçirilən görüş zamanı Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Dövlət Agentliyinin sədri "ASAN xidmət" modelinin ISESCO-ya üzv dövlətlərdə tətbiqi istiqamətində fəaliyyətin davam etdirildiyini və artıq bununla bağlı bir sıra ölkələrlə Anlaşma memorandumlarının imzalandığını qeyd edib.

ISESCO-nun baş direktoru bu istiqamətdə əməkdaşlığın uğurla həyata keçirilməsinə tərəflərin hazır olmasını müsbət hal kimi diqqətə çatdırıb.

Söhbət zamanı Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Birgə Əməkdaşlıq Proqramının implementasiyası istiqamətində müzakirələr də olub.

BMT-nin nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Sonra qonaqlar "ASAN xidmət" mərkəzi, "ABAD" publik hüquqi şəxs və "ASAN Təlim-Tədris Mərkəzi" ilə tanış olublar.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.