Cəmiyyət

Metroda yenilik - Əlil sərnişinlərə şad xəbər

14 Mart 2019 22:03
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xüsusi insanlar onları qarşılayırlar. Daha sonra isə arabalara mindirilib plaftformalara aparılırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, fiziki məhdudiyyətli şəxslər üçün metroda yeni bir xidmət istifadəyə verilib. Onlar öncə metrodan istifadə edəcəklərinə dair sifariş verirlər. Daha sonra sifarişlərinə uyğun olaraq onlara təhkim olunan könüllülər onları qarşılayıb metro daxilində hərəkətlərini təmin edirlər.

Artıq bir necə aydır könüllü kimi çalışan Emil Verdiyev işinin asan tərəfləri ilə yanaşı, bəzi çətinliklərinin də olduğunu bildirir. Amma bununla belə, o, köməyə ehtiyacı olanlara yardım etməkdən qürur duyduğunu deyir.

Metroda könüllülərin yardımından faydalanmaq üçün sifarişi "bakumetro" mobil aplikasiyasından və ya metropolitenin rəsmi saytından istifadə etməklə vermək mümkündür. Xidmət isə tamamilə pulsuzdur.

Layihə bənövşəyi xətdən başqa, bütün metrostansiyaları əhatə edir. Sadəcə olaraq 07:30-dan 9:00-dək və 17:00-dan 19:00-dək, yəni sərnişinlərin sıx olduğu vaxtlarda əlil sərnişinlərin təhlükəsizlikləri nəzərə alınaraq, bu xidmətdən istifadə etmək mümkün olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.