Cəmiyyət

Əlillərin reabilitasiyası üçün qurğu hazırladı

14 Mart 2019 22:02
0 Şərh     Baxış: 307

Əlillərin reabilitasiyası üçün qurğu hazırladı.

Cəbrayıldan məcburi köçkün olan və Bakıda yaşayan 39 yaşlı Elman Əhmədov 6 il əvvəl işlədiyi yerdə yıxılıb. Hadisə zamanı onun boyun fəqərəsi sınıb və o vaxtdan hərəkət edə bilmir. 1-ci qrup əlil olan Elman 2 il reabilitasiya alıb və bu prosedurları daha çox edə bilmək üçün bu qurğunu hazırlamaq qərarına gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, qurğunun hazırlanmasında Elmana bibisi oğlu kömək edib. Elman Əhmədov dəzgahın yığlma qaydasını başa salıb, qohumu da ona uyğun yığıb.

Cihaz müxtəlif texnikaların ehtiyat hissələrindən hazırlanıb. Həmin detalları da dostları və qohumları taparaq Elmana veriblər.

Elman Əhmədov deyir ki, qurğunu istifadə etdiyi bir neçə il ərzində hərəkətlərində xeyli irəliləyiş olub. Əvvəl yataq vəziyyətində olsa da, indi müxtəlif vasitələrin köməyi ilə ayağa qalxa, əllərini hərəkət etdirə bilir. O, qurğunu daha da təkmilləşdirmək niyyətindədir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.