Cəmiyyət

"Tarixi şəxsiyyətlərin heykəllərinin qoyulması üçün iş gedir" - Əbülfəs Qarayev

14 Mart 2019 21:59
1 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət xadimlərinin prezident İlham Əliyevlə görüşü zamanı Zeynalabdin Tağıyev və digər tarixi şəxsiyyətlərin heykəlinin ucaldılması ilə bağlı qaldırılan məsələ üzərində ciddi iş gedir. Mədəniyyət naziri Əbülfəs Qarayev belə deyib. Nazir bildirib ki, bununla bağlıən uyğun məkanın seçilməsi vəabidələrin məzmun və forması ilə bağlı təkliflər gözdən keçirilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Hacı Zeynalabdin Tağıyev, Cəlil Məmmədquluzadə və digər şəxsiyyətlərin heykəllərinin qoyulması üçün Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Memarlar İttifaqı birgə işləyir. Mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, əsas məqsəd bu şəxsiyyətlərin adının layiqincə əbədiləşdirilməsidir. Bunun üçünməsələyə kompleks yanaşmaq lazımdır.

Mədəniyyət naziri bildirib ki, seçilən yer, qoyulacaq abidənin məzmunu həmin şəxsiyyətin fəaliyyətini müəyyən mənada əks etdirməlidir. Bununla bağlı ictimaiyyətin də fikrinəzərə alınmalıdır.

Əbülfəz Qarayev bildirib ki məsələ yüksək səviyyədə nəzarətddədir. Bununla bağlı müəyyən qərar qəbul edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.