Cəmiyyət

Uşaqpulu hansı ailələrə verilməlidir? - Millət vəkilindən yeni təklif - VİDEO - FOTO

14 Mart 2019 17:14
10 Şərh     Baxış: 3 402

Millət vəkili Vahid Əhmədov hesab edir ki, uşaqların ehtiyaclarının ödənilməsi və onların sağlam böyümələri üçün həmin müavinətlərin bərpasına ehtiyac var.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Vahid Əhmədov - Millət vəkili: "Konkret mənim fikrim ondan ibarətdir ki, ümumiyyətlə, bu vəsait bərpa olunmalıdır. Çünki insanlar müəyyən qədər uşaqlarını böyütmək üçün əziyyət çəkirlər. Ona görə də, bu vəsaiti bərpa etməyə imkan kifayət qədər mümkündür. Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları var".

Sakin: "Elə bilirəm ki, vacibdir. Müəyyən kömək olar. Müəyyən xərcləri ödəyə bilər".

Sakin: "Heç olmasa pampersini, yeməyini alar".

Sakin: "Mən də istəyərəm bərpa olsun. Nə qədər olmaya uşaqların istədiklərini qarşılaya bilərik".

Uşaqpulunun bərpa edilməsi ilə bağlı təkliflər hökumətə təqdim edilib. Təkliflərdə uşaqlar yaş qruplarına görə təsnifləşdirilir və 3 yaşınadək uşaqlara daha çox sosial müavinətin verilməsi göstərilib.

Vüqar Bayramov - İqtisadçı: "3 yaşına qədər uşaqlar üçün biz ayda 80 manat uşaq pulunun verilməsini təklif edirik. 3 yaşdan 6 yaşa qədər aylıq olaraq 50 manat uşaq pulunun verilməsini təklif edirik. Eyni zamanda, 7 yaşdan 17 yaşa qədər, yəni məktəb illərində məktəblilərə ayda 40 manat uşaq pulunun verilməsini təklif edirik".

Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 mln. 614 min nəfərdir. Əgər bu mexanizm daxilində uşaq pulu bərpa olunarsa, dövlət büdcəsindən il ərzində 1.6 mlrd. manat vəsait ayrılmalıdır. Artıq 3 istiqamətdə vəsaitə qənaət edilməsi və uşaq pulunun verilməsi üçün mənbələr də müəyyənləşib.

Vüqar Bayramov - İqtisadçı: "Ünvanlı sosial yardım proqramının məşğulluq proqramına çevrilməsi nəticəsində yaranan qənaətin bu istiqamətdə yönəldilməsi, 2-cisi özünü maliyyələşdirən rayonların sayının artırılması və gələcəkdə hətta rayonların inzibati vahid olaraq sayının artırılması ilə vəsaitə qənaət edilməsi və uşaq pulunun verilməsi üçün yönəldilməsi və infrastruktur xərclərinə qənaət edilməsi və bu istiqamətdə yönəldilməsinin təmin olunması".

Məsələ parlamentin diqqətindədir. Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, hazırda ölkə başçısının tapşırığı ilə 3 yaşına qədər uşaqlara görə verilən müavinətin artırılması məsələsinə baxılır.

Hadı Rəcəbli - Millət vəkili: "Möhtərəm prezidentimizin tapşırığı var. Yenə də həmin qrup, 3 yaşa qədər uşaqların müavinət məsələsinə yenidən baxılma ideyası var. Eyni zamanda, digər məsələlər var ki, uşaqlarla bağlı o məsələlərə baxılacaq".

Uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin komitə iclaslarında müzakirəsindən sonra plenar iclasda gündəliyə daxil edilməsi gözlənilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Uşaq pulu hansı ailələrə verilməlidir? - Millət vəkilindən yeni təklif

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Deyanet Viravul Lenkeran · 14 Mart 17:1700

    vay-vay

    Cavab yaz
  • Anonim
    Gunka · 14 Mart 17:2560

    Baxinca uwaqlarda boyuyecek

    Cavab yaz
  • Anonim
    siyavus sumqqayitli · 14 Mart 17:5620

    usaqlarin sayi dahada coxalar

    Cavab yaz
  • Anonim
    isi · 14 Mart 18:2650

    18 yaşa çatan kimi dövlət uşağı valideynin əlindən alır,deyir dövlətə xidmət eləməlidir,bəs dövlət nə edib o uşağı böyütmək üçün?

    Cavab yaz
  • Anonim
    Ayten · 14 Mart 18:2770

    Evvelledde vardi usaq pulu. Cox usaqli ailelerin elinden tuturdu. Onu legv etdiler sosial yardim vermeye basladilar. Kimin tanisi var hormet edib sosial duzeltdi amma ehtiyaci olanlar yenede sened ucbatindan kenarda qaldi. Cox yaxsi olar usaq pulu berpa olsun,sosial yardim legv olunsun. Aileler taniyiramki vari basindan tokulur amma sosial alir

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Mart 18:4541

    Berpa edünde neyi gozleyirsiniz ???Millet yaziq deyil

    Cavab yaz
  • Anonim
    ana · 14 Mart 20:0370

    çox gözəl olar bərpa olunsa amma məktəbli uşaqların xərci 3yaşındakı uşaqlardakından 100qat çoxdur geyim yemək və məktəb xərcləri daha çox olur 1uşağı 1ci sinfə yola salmaq üçün. 200manatdan çox pul lazımdı hələ rayonda indi siz deyin işsiz ailələr də. var nə etsinlər

    Cavab yaz
  • Anonim
    L · 14 Mart 22:4320

    Zaurun proqraminda iki usaq vardi,deyirdiler doyunca şirniyyat yemek isteyirik.....

    Cavab yaz
  • Anonim
    Voila · 14 Mart 23:4820

    Cox maraqlidir.deyirler ki 3yasa geder usaqlara verilen muavinetinin artirilmasi gundemdedir...kimse bu muavineti alirmi? Shexsen ozumun uc usaqi var 10 ,9 ve 1yasli heleki pul..almisam ..belke sud pulun nezerde tutur onuda gecikdire gecikdire ...verirler bir defe.yeni 3yasa qeder kim muavinet alir ?alan varmi cooooxxx maraqlidir ele deyirler ki sanki alan var.....sherhimi verin zehmet olmazssssaaaa

    Cavab yaz
  • Anonim
    ...... · 15 Mart 09:5710

    Əksinə uşaq böyüdükcə problemləri dərdi səri coxalır bu da deyir yaş artdica azaldın pulu.Məntiqə bax hələ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.