Cəmiyyət

Afətin mahnısına rəqs edən tibb bacıları işdən qovuldular - VİDEO

15 Mart 2019 09:55
41 Şərh     Baxış: 11 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb onların müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya videorolik hazırlaması olub.

Bu barədə aparıcı-prodüser Tarix Əliyev İnstaqram hesabından məlumat yayıb. Prodüser bildirib ki, məsələ ilə bağlı özü xəstəxananın baş həkimi Elçin Əmirova zəng edib, lakin qarşı tərəf telefona cavab verməyib.

Daha sonra o, işdən çıxarılan xanım əməkdaşlardan biri ilə əlaqə saxlayıb. Özünü xəstəxananın tibb bacısı kimi təqdim edən İlahə adlı qadın 10 saniyəlik videonu çəkərək şəxsi İnstaqram və "Whatsapp" hesablarından paylaşdığını bildirib. Onun iddiasına görə, martın 6-da səhər saat 10-un yarısı baş həkim onları işə çağıraraq "məni bütün Azərbaycanda biabır etdiniz" deyib və ərizə yazaraq işdən çıxmalarını tələb edib.

İlahəni sözlərinə görə, onlar nə qədər yalvarsalar da, baş həkim onlara məhəl qoymayıb. Aylıq 160 manata işlədiyini deyən qadın işdən çıxarılan digər 4 nəfərin tibb işçisi, bufetçi və xadimə olduqlarını qeyd edib.

T.Əliyev daha sonra yeni video yayımlayıb və fikirlərini bölüşüb:

"Düzdür, videoda xanımlar yemək vaxtı oynayıblar, xəstə ilə yox. Amma baxın, əgər bizdə belə şey olsa, gərək həkimə güllələnmə cəzası verilsin?

Əminəm ki, bu özbaşınalığın qarşısı alınacaq. Şəkililər həmişə gülən, danışan insanlar olublar. Burada pis heç nə yoxdur. Məncə, o xəstəxanada yoxlamalar olsa, bundan pis şeylər ortalığa çıxar.

Bölgələrimizdə 160 AZN əmək haqqına işləmək, ailəyə çörək aparmaq o qədər də asan deyil.

İnanıram ki, Şəki şəhər icra başçısı bu işə biganə qalmayacaq və tez zamanda ailələri sevindirəcək".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Afətin mahnısına

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.