Cəmiyyət

Lənkəranda qoyun oğruları peyda olub

14 Mart 2019 08:08
0 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranın Kənarmeşə kənd sakinlərinin yuxusu oğruların əlindən ərşə çəkilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gecə saatlarında kənd sakini Bəylər İsmayılova məxsus tövlədən 2 baş qoyun oğurlanıb. Son bir ay ərzində ayrı-ayrı vaxtlarda üçüncü oğurluq hadisəsi nəticəsində zərərçəkənin tövləsindən ümumilikdə 4 qoyun oğurlanıb.

Kənddə qoyun oğurluğunun sayının artması sakinləri çox narahat edir.

Kənd sakinləri oğruların onlara xəsarət yetirə biləcəyindən ehtiyat edərək, gecə həyətə düşməyə çəkinirlər.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsi araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.