Cəmiyyət

Azərbaycanda ana ölümü azalıb, körpə ölümü isə...

13 Mart 2019 21:50
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ana ölümü göstəricisi azalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2017-ci ildə ana ölümü əmsalı hər 100 min diri doğulana 14,6 olub. 2018-ci ildə isə bu göstərici 12,2-yə enib.

Körpə ölümünə gəlincə isə 2016-cı ildə respublikada bu göstəricisi 11,4 (1 yaşa qədər hər 1000 nəfər diri doğulana) promilli olub.

Məlumata görə, 2017-ci ildə körpə ölümü göstəricisi 11,1 promilliyə enib, 2018-ci ildə də bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.