Cəmiyyət

Şamaxıda bayram tonqalları qalanıb

12 Mart 2019 22:52
6 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Şamaxı rayonunda Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Şamaxı rayonunda şənlik keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, rayon sakinləri, orta məktəb kollektivləri iştirak ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Yel çərşənbəsi münasibəti ilə bütün küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.

Martın 19-da rayon mərkəzində xüsusi bayram tədbirinin keçirilməsi planlaşdırılıb.

Azərbaycanda martın 19-da son çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Bu il Azərbaycana yaz fəsli martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.