Cəmiyyət

Zabratda sərnişin avtobusu ilə minik maşını toqquşub

12 Mart 2019 22:08
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunda avtobus və minik avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

Milli.Az ONA.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

"107" nömrəli sərnişin avtobusu hərəkətdə olan zaman "BMW" markalı avtomobil onun arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin və sürücü xəsarət alıb.

Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.