Cəmiyyət

Gəncə, Sumqayıt və Masallıda yol qəzaları: 3 ölü, 1 yaralı var

12 Mart 2019 22:03
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən 67 yaşlı Əli Məmmədovu avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda da piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidə yolu keçmək istəyən 35 yaşlı Seymur Vəliyevi maşın vurub. Yaralı yaxınlıqda olan insanların köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırm aparılır.

Masallıda da ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon sakini 43 yaşlı Mustafa Sadıxov idarə etdiyi avtomobillə ötmə əməliyyatı edərkən qarşıdan gələn həmyerlisi 47 yaşlı Mirhüsey Abdullayevin idarə etdiyi avtomobillə toqquşub. Nəticədə xəsarət alan Mirhüseyn Abdullayev və sərnişini 88 yaşlı Şəhrəbanu Ağayeva təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Şəhrəbanu Ağayeva xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.